SON DƏQİQƏ

naxcivanxeberleri.com

Oktyabrın 8-də gözlənilən hava şəraiti açıqlanıb

Oktyabrın 8-də gözlənilən hava şəraiti açıqlanıb
7-10-2021, 15:00

Oktyabrın 8-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində çiskinli olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Abşeron yarımadasında gecə 11-13° isti, gündüz 16-18° isti olacaq.

Bakıda gecə 11-13° isti, gündüz 16-18° isti olacaq.

Atmosfer təzyiqi 772 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 60-70%, gündüz 45-50% olacaq.

Oktyabrın 8-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-13° isti, gündüz 15-18° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-3° isti olacaq.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ocak 2022    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31