16:10 - Mübariz Qurbanlı: “Azərbaycanda dini təhsillə bağlı boşluqlar aradan qaldırılmalıdır”
16:05 - Azərbaycanın türkdilli ölkələrlə qarşılıqlı investisiya qoyuluşu açıqlanıb-FOTO
16:00 - Maya Sandu: "Rusiya Belarusda olduğu kimi, Moldovada da nüvə silahı yerləşdirmək istəyir"
15:55 - Ərdoğan BƏƏ Dövlət naziri ilə telefonla danışıb
15:50 - Son üç ayda Azərbaycanda televiziyaya baxanların sayı açıqlanıb
15:45 - Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi bir səlahiyyətini itirib
15:40 - Komitə sədri: “Azərbaycanda dövlət-din münasibətləri kifayət qədər həssas məsələdir”
15:35 - Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə yeni səlahiyyət verilib-FƏRMAN
15:25 - Sülhməramlıların avtomobil karvanının aksiya ərazisindən keçidinə şərait yaradılıb
15:20 - “Azərsu” və Meliorasiya Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyinə verilib-FƏRMAN
15:17 - Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb-FƏRMAN
15:15 - Zaur Mikayılov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri təyin edilib-SƏRƏNCAM
15:10 - Yeni könüllü qrupları ekofəallara dəstək üçün Laçın-Xankəndi yoluna gəliblər
Sabah hava necə olacaq?
Sentyabrın 26-da gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Gündüz tədricən kəsiləcək. Güclü şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 16-18° isti, gündüz 19-22° isti, Bakıda gecə 16-18° isti, gündüz 20-22° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 55-60 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı gözlənilir. Şimal-şərq rayonlarında güclü olacağı, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi, dolu düşəcəyi ehtimalı var. Səhər dağlarda duman. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 13-17° isti, gündüz 21-25° isti, dağlarda gecə 4-7° isti, gündüz 9-14° isti olacaq.