SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bəzi yerlərdə şimşək çaxıb, yağış yağıb - Faktiki hava

Bəzi yerlərdə şimşək çaxıb, yağış yağıb - Faktiki hava
22-04-2021, 14:37

Ölkə əraziisində müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, aprelin 22-si saat 12:00-ın məlumata əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin aprelin 21-i gündüzdən etibarən bəzi yerlərdə şimşək çaxıb, yağış yağıb.

Düşən yağıntının miqdarı Sarıbaş (Qax), Ağdərədə (Ordubad) 6, Balakən, Gədəbəydə 5, Tovuzda 4, Kişçay (Şəki), Qusar, Şəmkirdə 3, Astara, Zaqatala, Ceyrançöldə 2, Daşkəsən, Naxçıvan, Şahbuz, Naftalan, Gəncə, Ağstafa, Yevlax, Göyçay, Yardımlı, Lənkəran, Şahdağ, Xınalıqda 1 mm-dək olub.

Şimal-qərb küləyi əsib, arabir Naftalanda 26, Şəkidə 25, Daşkəsəndə 23, Zaqatalada 22, Balakən, Ağstafa, Gəncədə 20, Mingəçevirdə 19, Ələt, Biləsuvar, Yevlax, Göygöldə 18, Şabran, Tərtər, Tovuzda 16, Bayıl yamacında 27, Bakıda 25, Qum adasında 23, Sumqayıt, Maştağada 20, Pirallahı, Binədə 19, Neft Daşlarında 17, Çilov adasında 16 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.6 metrə çatıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31