SON DƏQİQƏ

naxcivanxeberleri.com

Küləkli hava nə qədər davam edəcək?

Küləkli hava nə qədər davam edəcək?
6-04-2021, 13:30

Bugün səhərdən Bakıda və Abşeron yarımadasında əsən güclü külək axşam mülayimləşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, bugün Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin sürətinin saniyədə 15-20 m/s, arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində isə arabir 30 m/s-dək güclənəcəyi gözlənilir.

Havanın temperaturu Abşeron yarımadasında 14-17, Bakıda 15-17 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında qərb küləyinin əsəcəyi, arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930