SON DƏQİQƏ

naxcivanxeberleri.com

Rekord dərəcədə soyuq fevral uzunmüddətli qlobal istiləşmə tendensiyasını dəyişmir

Rekord dərəcədə soyuq fevral uzunmüddətli qlobal istiləşmə tendensiyasını dəyişmir
11-03-2021, 09:21

Bu ilin fevralında Şimali Amerika və Rusiyada havanın temperaturu son 30 ildəki orta göstəricilərdən xeyli aşağı, Arktikada, Afrikanın şimal-qərbində, Avropanın cənubunda və Çində isə orta göstəricilərdən çox yüksək olub.

NAXCİVANXEBERLERİ.COM BMT-nin Xəbərlər Xidmətinə istinadla bildirir ki, bu barədə Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) məlumat yayıb.

Ekspertlər keçən fevralın 1989-cu ildən bəri ABŞ-da ən soyuq ay olduğunu müəyyənləşdiriblər. Belə ki, fevralın 15-16-da havanın temperaturu o qədər aşağı olub ki, bundan əvvəlki 69 anti-rekord yenilənib. Ən aşağı göstəricilər Sibirdə qeydə alınıb.

Bu ilin fevral ayındaki ekstremal hava temperaturu, ilk növbədə, “qəfil stratosfer istiləşmə” ilə əlaqələndirilir.

“Stratosfer istiləşmə Yerin şimal və cənub qütbləri ətrafında aşağı təzyiq və soyuq hava sahəsi olan qütb burağanının zəifləməsinə gətirib çıxarıb. Adətən kifayət qədər güclü olan bu küləklər Arktikada soyuq havanı saxlayırlar. Onların zəifləməsi soyuq havanın orta enliklərə, o cümlədən ABŞ-a, daha isti havanın isə Arktikaya keçməsinə imkan yaradır”, - deyə ÜMT-nin ekspertləri izah edirlər.

Ekspertlər vurğulayırlar ki, iqlimin dəyişməsi səbəbindən fevral ayının soyuq keçməsi uzunmüddətli qlobal istiləşmə tendensiyasını ləğv etmir. Rekord dərəcədə aşağı temperatur getdikcə daha az, rekord dərəcədə yüksək temperatur isə, tez-tez qeydə alınır. ÜMT hesab edir ki, bu tendensiya gələcəkdə də davam edəcək.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031