23:47 - Kanada gələn həftə 300 min doza "Johnson & Johnson" peyvəndi alacaq
23:33 - Gənclərin iştirakı ilə “Tarixə ekskursiya” layihəsi çərçivəsində intellektual yarışma keçirilib
22:27 - "Real Madrid" Çempionlar Liqası mövsümünü buraxa bilər
21:59 - Kitablar nəsillərin bir-birinə vəsiyyətidir
21:47 - “Xalq yaradıcılığı günləri”nə start verilib
21:23 - Güləşçimiz Mariya Stadnik səkkizqat Avropa çempionu olub
20:33 - KİV: Avropa çempionatı daha bir şəhərdən alındı
20:07 - Azərbaycanda Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi yaradılıb
19:49 - "Azərbaycan Hava Yolları" London istiqamətində xüsusi reyslərin icrasına başlayır
19:27 - “Xiaomi” smartfonlarında kritik qüsur tapılıb
19:20 - “Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
19:16 - Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi NDU üçün onlayn seminar keçib
18:55 - Əkin dövriyyəsinə qatılan yeni torpaqlar bol məhsula təminatdır - FOTO
18:53 - Külüsdə yeni nasos stansiyası istifadəyə verilib - FOTO
Sabah 18 dərəcə isti olacaq
Martın 6-da gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, martın 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5, gündüz 9-14, Bakıda gecə 3-5, gündüz 12-14 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 761 mm civə sütununa enəcək, nisbi rütubət gecə 65-75, gündüz 55-60 faiz təşkil edəcək.
Martın 6-da Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 0-5, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 8-13 dərəcə isti olacaq.
Abşeron yarımadasında martın 6-da arabir güclənən cənub-qərb küləyinin 7-də güclü şimal küləyi ilə əvəz olunacağı və atmosfer təzyiqinin xeyli tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.