SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bakıda 8-9 dərəcə şaxta gözlənilir - Umayra Tağıyeva

Bakıda 8-9 dərəcə şaxta gözlənilir - Umayra Tağıyeva
24-02-2021, 11:43

Hazırda Bakıda havanın temperaturu 5 dərəcə şaxtaya yaxındır. Respublikanın dağlıq rayonlarında isə 15 dərəcəyə yaxın şaxta qeydə alınır.

Bunu NAXCİVANXEBERLERİ.COM-a ETSN Milli Hidrometeorologiya Xidmətinin direktoru Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, yağıntılar ölkə ərazisində qeyri-bərabər şəkildə paylanılıb. Ən çox yağıntı ölkənin şimal bölgəsinə düşüb.

U.Tağıyeva qeyd edib ki, gün ərzində əlverişsiz hava şəraiti davam edəcək. Hazırda isə prosesin ən kəskin dövrü müşahidə edilir. Axşama yaxın yağıntıların intensivliyi bir qədər azalacaq:

"Hazırda Bakıda çovğun qeydə alınır. Axşama doğru şaxta daha da güclü olacaq. Əgər bu gecə havanın temperaturu mənfi 4,8 dərəcə idisə, 24-dən 25-ə keçən gecə temperaturun mənfi 8-9 dərəcəyə yaxınlaşacağı gözlənilir".

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930