SON DƏQİQƏ

naxcivanxeberleri.com

Şimal bölgəsində temperatur mənfi 14,5 dərəcəyədək enib

Şimal bölgəsində temperatur mənfi 14,5 dərəcəyədək enib
24-02-2021, 14:11

Şimal rayonlarında ən çox yağıntı Qubada qeydə alınıb. Rayon mərkəzində qarın hündürlüyü 18 santimetr, temperatur isə mənfi 13 dərəcə olub.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən bildiriblər ki, Qubanın Qrız kəndinə 14, Xaltana 11, Xınalığa isə 3 santimetr qar yağıb. Bu ərazidə ən aşağı temperatur mənfi 14 dərəcə qeydə alınıb.

Qusar şəhərində isə qarın hündürlüyü 8 santimetrə çatır. Burada temperatur mənfi 14,5 dərəcəyədək enib.

Xızı, Xaçmaz, Siyəzən və Şabran rayonlarında da müşahidə olunan qar hazırda yağmaqda davam edir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930