23:30 - Bu tarixlərdə ictimai nəqliyyat işləməyəcək - Nazirlər Kabineti
22:54 - İxrac iqtisadiyyatın əsas hərəkətverici qüvvəsinə çevrilir
21:46 - Naxçıvan Müəllimlər İnstitutunda müxtəlif idman növləri üzrə yarışlara start verilib
21:17 - Üç növdə şəhər birinciliyi keçirilib
20:40 - “Naxçıvan” Universitetində “Nəriman Həsənzadə-90” adlı elmi konfrans keçirilib-FOTO
20:33 - Babək rayonunda maarifləndirici tədbir keçirilib
20:27 - Ucqar dağ kəndinin yeni mənzərəsi
19:47 - “Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
19:15 - Dubayda koronavirusla bağlı məhdudiyyətlər Ramazan ayınadək uzadılıb
19:01 - Təbii Ehtiyatlar İnstitutunda elmi-praktiki seminar keçirilib
18:43 - Ermənistan müxalifəti parlamentin qarşısında etiraz aksiyası keçirir
18:14 - Prezident İlham Əliyev: Biz sülh istəyirik və bu gün sülhü təbliğ edirik
18:05 - Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın istiqamətləri müzakirə olunub
17:59 - Prezident İlham Əliyev: Pakistanla birgə hərbi təlimlər üzərində düşünürük
Xəzərdə dalğanın hündürlüyü 7.5 metrə çatacaq - XƏBƏRDARLIQ
Dövlət Dəniz Agentliyi Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin hidrometeoroloji rejimini və iqlim xüsusiyyətlərini mütəmadi olaraq nəzarətdə saxlayır. Bununla əlaqədar olaraq bildiririk ki, Gəmilərin Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinə təhlükəli hidrometereoloji hadisə haqqında xəbərdarlıqla bağlı məlumat daxil olmuşdur. Dövlət Dəniz Agentliyi qeyd olunan hava şəraitinin kəskinliyini və bununla bağlı zəruri addımların atılmasını nəzərə alaraq, ictimaiyyət və şəxsi heyət üçün bir sıra məlumatların açıqlanmasını zəruri hesab edir:
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Agentliyin Mətbuat xidmətindən bildirilir ki, fevralın 23-ü axşamdan Xəzər dəniz akvatoriyasında – Bakıda və Abşeron yarımadasında Şimal-Qərb, Şimal küləyinin 18-23 m/s, arabir 25-30 m/s, fevralın 24-də isə yarımadanın bəzi yerlərində arabir 32-35 m/s-dək güclənəcəyi, çovğun olacağı, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcəyi ehtimal edilir. Dənizdə dalğanın hündürlüyünün 2.0-4.0 m, sonrakı inkişafda 5.5-7.5 metrə çatacağı gözlənilir.
Hava proqnozu Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə daxil olan andan etibarən gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri müvafiq tədbirlərin həyata keçirilməsi və xidmətin gücləndirilməsi ilə bağlı rəhbər heyət tərəfindən təlimatlandırılmışdır. Gəmilərin Hərəkətinin İdarəetmə Xidmətinin ərazisində lövbərdə duran, hərəkətdə olan gəmilərə hava şəraitinin kəskinləşməsi ilə əlaqədar zəruri məlumatlar ötürülmüş və müvafiq təlimatlar verilmişdir. Hava şəraitinə uyğun olaraq gəmilərin təhlükəsiz şəkildə lövbər sığınacaqlarında dayanması təmin edilib.
Bildiririk ki, gəmilər müvafiq lövbər sığınacaqlarına yerləşdirildikdən sonra onların təhlükəsiz şəkildə lövbərdə dayanması prosesi radarlar vasitəsilə fasiləsiz müşahidə edilir. Dövlət Dəniz Agentliyinin Gəmilərin Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi tərəfindən gəmilərin hərəkətinə və limanlara hava şəraitinə uyğun olaraq giriş-çıxışa icazə verilməsi, hərəkətin məhdudlaşdırılması və limanların bağlanması ilə bağlı müvafiq tədbirlər görülmüşdür.