23:30 - Bu tarixlərdə ictimai nəqliyyat işləməyəcək - Nazirlər Kabineti
22:54 - İxrac iqtisadiyyatın əsas hərəkətverici qüvvəsinə çevrilir
21:46 - Naxçıvan Müəllimlər İnstitutunda müxtəlif idman növləri üzrə yarışlara start verilib
21:17 - Üç növdə şəhər birinciliyi keçirilib
20:40 - “Naxçıvan” Universitetində “Nəriman Həsənzadə-90” adlı elmi konfrans keçirilib-FOTO
20:33 - Babək rayonunda maarifləndirici tədbir keçirilib
20:27 - Ucqar dağ kəndinin yeni mənzərəsi
19:47 - “Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
19:15 - Dubayda koronavirusla bağlı məhdudiyyətlər Ramazan ayınadək uzadılıb
19:01 - Təbii Ehtiyatlar İnstitutunda elmi-praktiki seminar keçirilib
18:43 - Ermənistan müxalifəti parlamentin qarşısında etiraz aksiyası keçirir
18:14 - Prezident İlham Əliyev: Biz sülh istəyirik və bu gün sülhü təbliğ edirik
18:05 - Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın istiqamətləri müzakirə olunub
17:59 - Prezident İlham Əliyev: Pakistanla birgə hərbi təlimlər üzərində düşünürük
Sabahın hava proqnozu açıqlanıb
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, fevralın 23-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin günün ikinci yarısında bəzi yerlərdə yağıntılı olacağı, axşam isə qara keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək, axşam güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 1-3, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Fevralın 23-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam şimal və şərq rayonlarından başlayaraq yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 5-10, yüksək dağlıq ərazilərdə 14-16 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.
Fevralın 24-də Abşeron yarımadasında güclü xəzri küləyi fonunda temperaturun kəskin aşağı enəcəyi gözlənilir ki, bu da əksər insanlar üçün əlverişsizdir.