20:28 - Azərbaycan Prezidenti: Biz hər bir şəhərin yenidən qurulması üçün baş plan hazırlayırıq
19:35 - Ceyhun Bayramov İsrailin səfiri ilə görüşüb
19:03 - NDU tələbələri arasında Nizami Gəncəvi irsiylə əlaqədar foto-slayd müsabiqəsinə yekun vurulub
18:43 - Bakıda Pakistan hərbi nümayəndə heyəti ilə görüş keçirilib
18:21 - Təcrübəçi tələbələrə məktəblərdə təcrübə-sınaq dərsləri keçirilir
18:07 - “Xocalı soyqırımı bütün bəşəriyyətin ən qanlı faciələrindən biridir”
17:58 - “Dostluq” yatağına dair İşçi Qrup yaradıldı - SƏRƏNCAM
17:30 - Yerevanda etirazçılar yolları bağlayır
17:21 - Ölkədə peyvənd olunanlar daha çox bu yaşda olanlardır - STATİSTİKA
17:11 - Naxçıvan Müəllimlər İnstitutunda Xocalı faciəsinin 29-cu ildönümü münasibətilə tədbir keçirilib
17:06 - Azərbaycanda 126 nəfər COVID-19-a yoluxub, 142 nəfər sağalıb
17:00 - Şahbuz rаyоnundа mааrifləndirici tədbirlər dаvаm еdir
16:55 - Oksigenlə zəngin hava şəraiti gözlənilir
16:49 - Böyükşor və Zığ gölləri ilə bağlı fərman və sərəncamda dəyişiklik edildi
16:47 - Azərbaycan Prezidenti: “Həmin o “İskəndər” raketlərini Ermənistan pulla alıb? Pulsuz alıb”
Hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ
Milli Hidrometeorologiya Xidməti havanın kəskin dəyişəcəyi barədə xəbərdarlıq yayıb.
Xidmətdən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 23-ü axşamdan 25-i səhərədək hava şəraitinin arabir yağıntılı olacağı, 23-dən 24-nə keçən gecə qara keçəcəyi gözlənilir, 24-də bəzi yerlərdə intensiv olacağı ehtimal edilir.
Şimal-qərb küləyi əsəcək, 18-23, arabir 25-30, fevralın 24-də yarımadanın bəzi yerlərində arabir 32-35 m/s-dək güclənək. Çovğun olacağı ehtimalı var.
Havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcəyi, 0-5 dərəcə şaxta olacağı gözlənilir. Fevralın 24-25-də gecə və səhər yolların buz bağlayacağı ehtimal olunur.
Fevralın 23-ü axşam Azərbaycanın şimal və şərq rayonlarından başlayaraq 25-i səhərədək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı, əsasən dağlıq və dağətəyi rayonlarda intensiv və güclü olacağı gözlənilir. Qərb küləyi əsəcək, 18-23, ayrı-ayrı yerlərdə 28-33 m/s-dək güclənəcək.
Havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcəyi, aran rayonlarında 3-8, dağlıq rayonlarda 15-20 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.