14:13 - Amerikalı ekspert: "Bayden “erməni soyqırımı”nı tanımağın nəticələrinə hazır deyil"
14:00 - Dünyada ötən sutka koronavirusa 874 mindən çox yoluxma qeydə alınıb - ÜST
13:51 - Azərbaycanın əsas hədəfləri Meksika televiziyasında
13:39 - Türkiyə sahillərində zəlzələ qeydə alınıb
13:30 - Məcburi köçkünlər arasında Qarabağa qayıdışla bağlı keçirilən sorğu başa çatır
13:22 - 25 subartezian quyusunun qazılması üçün 1,75 milyon manat ayrılıb - Sərəncam
13:20 - I sinfə qəbulla bağlı Alternativ Qeydiyyat Mərkəzləri fəaliyyət göstərəcək
13:12 - NASA Marsda oksigen yaratmağa nail olub
13:00 - Şagirdlərdə mütaliəyə maraq artmışdır-FOTO
12:49 - Naxçıvan Dövlət Universitetində elmi konfransı keçirilib
12:45 - Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
12:37 - Muxtar respublika sahibkarları hərtərəfli qayğı ilə əhatə olunublar
12:29 - Naxçıvan şəhər 2 nömrəli Uşaq Musiqi və İncəsənət məktəbində maarifləndirici tədbir keçirilib
12:24 - "YAŞAT" Fondu bu günə kimi 6 minə yaxın şəxsi öhdəliyə götürüb
Hava şəraiti dəyişəcək - Xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında fevralın 23-ü axşamdan 25-i səhərədək havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, şimal-qərb küləyi əsəcək, 15-20 m/s, arabir 23-28 m/s, fevralın 24-də yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcək. Fevralın 24-25-də havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcəyi, 0-3 dərəcə şaxta olacağı gözlənilir.
Azərbaycanın rayonlarında isə fevralın 23-ü axşam şimal və şərq rayonlarından başlayaraq 25-i səhərədək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda intensiv və güclü olacağı ehtimalı var.
Qərb küləyi əsəcək, arabir 18-23 m/s, ayrı-ayrı yerlərdə arabir 28-32 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək. Yolların buz bağlayacağı ehtimal olunur.