21:52 - Naxçıvan dəhlizi: uğurlar və perspektivlər
21:13 - "Qalatasaray" yeni transferini açıqladı
20:01 - Azərbaycan dünyada ilk dəfə tətbiq edilən yeni texnologiya əsasında sürtkü yağları istehsal edir
19:35 - Şərur rayonunda reydlər davam etdirilir
19:01 - Maliyyə Nazirliyindən hərbçilərin maaşının azaldılması ilə bağlı açıqlama
18:32 - Azərbaycanda 632 nəfər COVID-19-dan sağalıb, 280 nəfər yoluxub, 11 nəfər vəfat edib
18:31 - Naxçıvanlı rəssamlar rəsm əsərlərini muzeylərə hədiyyə ediblər
18:17 - Ceyhun Bayramov gürcüstanlı həmkarı ilə telefonla danışıb
18:13 - Ermənistan Qarabağda döyüşən muzdluların pulunu ödəyə bilmir
18:00 - "Sumqayıt" "Keşlə"ni məğlub etdi
17:51 - Ermənistan AES-in fəaliyyəti bir müddətə dayandırılacaq
17:30 - Naxçıvanda gənc müəllimlər ümumtəhsil məktəblərində işlə təmin olunub-FOTO
17:25 - Naxçıvan Dövlət Universitetində “Xarıbülbül” kuboku uğrunda intellektual bilik yarışması keçirilib
17:17 - Türkiyə MN Azərbaycan hərbçilərinin də iştirak etdiyi təlimlər barədə məlumat yayıb
Sabaha olan hava proqnozu
Bakıda və Abşeron yarımadasında yanvarın 14-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, arabir güclənən cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 9-12, Bakıda gecə 5-7, gündüz 10-12 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 758 mm civə sütunundan 754 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.
Sabah Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, yanvarın 14-də Bakıda və Abşeron yarımadasında mülayim cənub-qərb küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.