00:30 - Günün qoroskopu
23:35 - Rəcəb Tayyib Ərdoğan Emmanuel Makronla danışıqlar aparıb
23:13 - “Eurovision-2021” məhdud səviyyədə keçiriləcək
23:12 - “1 mart-Ümumdünya Mülki Müdafiə günü” ilə bağlı təlim keçirilib
22:39 - Birinci vitse-prezident Mehriban Əliyeva Od çərşənbəsi münasibətilə xalqımızı təbrik edib
21:30 - Azad edilmiş ərazilərdə torpaq sahələrinin inventarlaşdırılması başa çatıb
20:30 - "Android" Azərbaycanın əməliyyat sistemi bazarında liderdir
20:15 - Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 50 illik yubileyi keçiriləcək - SƏRƏNCAM
19:30 - “Eurovision-2021” məhdud səviyyədə keçiriləcək
19:24 - Füzuli rayonunun Üçbulaq kəndi
18:13 - Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması barədə sərəncam verildi
17:59 - Beynəlxalq Qoşulmama Hərəkatı Modeli Simulyasiya Məşğələsi keçirilir - XİN
17:30 - Azərbaycan iqtisadi azadlığa görə Avropa ölkələri arasında birinci olub
Sabaha olan hava proqnozu
Noyabrın 10-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər və axşam bəzi yerlərdə yağış yağacağı, duman olacağı ehtimalı var.
Milli Hidrometeorologiya Xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, sabah şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 7-9, gündüz 15-17, Bakıda gecə 7-9, gündüz 15-17 dərəcə isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 764 mm civə sütununa enəcək, nisbi rütubət 70-80 faiz olacaq.
Noyabrın 10-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı, duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10, gündüz 15-18, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza əsasən, noyabrın 10-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.