SON DƏQQƏ

naxcivanxeberleri.com

Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?
17-10-2020, 12:10

Oktyabrın 18-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, oktyabrın 18-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, səhər saatlarında bəzi yerlərdə zəif duman olacağı gözlənilir.
Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə
15-19, gündüz 21-24, Bakıda gecə 16-18, gündüz 22-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 761 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70, gündüz 45-50 faiz olacaq.

Oktyabrın 18-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 11-16, gündüz 23-28, dağlarda gecə 4-9, gündüz 16-21 dərəcə isti olacaq.

Oktyabrın 18-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü və iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2020    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031