00:30 - Günün qoroskopu
00:00 - Naxçıvanda bədən tərbiyəsi və idman sahəsində görülən işlər öz bəhrəsini verir
23:26 - Ceyhun Bayramov Türkiyədə baş vermiş helikopter qəzası ilə bağlı başsağlığı verib
22:47 - Türkiyədə hərbi helikopterin qəzasında ölənlərin sayı 10 nəfərə çatıb
22:30 - İdman – sağlam gələcəyimizin, iradə və əzmkarlığın, qələbənin rəhni
22:16 - Hesabat seçki yığıncağı keçirilib
21:11 - Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
21:03 - Naxçıvanda daha bir Dövlət proqramı uğurla icra olunub
20:47 - “Yeni dövrün çağırışları:Rəqəmsal mühasibatlıq” mövzusunda seminar keçirilib- FOTO
19:56 - Azərbaycan Prezidenti: Ermənistan özünü normal apararsa, bu prosesdən faydalana bilər
19:30 - Türkiyədə hərbi helikopter qəzaya uğrayıb, 9 nəfər həlak olub
18:50 - Zəngilanın Keçikli kəndi
18:27 - Naxçıvanda təhsil müəssisələrinin idman klublarına yeni idman avadanlıqları verildi-FOTO
Sabahın hava proqnozu açıqlanıb
Sabah gözlənilən hava şəraiti açıqlanıb.
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sentyabrın 25-də Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir.
Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 17-20, gündüz 26-28, Bakıda gecə 18-20, gündüz 26-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz olacaq.
Sentyabrın 25-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 24-29, dağlarda gecə 7-12, gündüz 14-17 dərəcə isti olacaq.
Sentyabrın 25-26-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.