SON DƏQİQƏ

naxcivanxeberleri.com

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb
10-07-2020, 13:15

Azərbaycanda şənbə gününün hava proqnozu açıqlanıb. 

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, 11 iyulda Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu  Abşeron yarımadasında gecə 21-24,  gündüz  27-31, Bakıda  gecə 21-23, gündüz  28-30 dərəcə isti olacaq. 

Atmosfer  təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət 60-70 faiz təşkil edəcək.   

Abşeron çimərliklərində arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti olacaq.  

11 iyulda Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu  düşəcəyi gözlənilir. Qərb küləyi ayrı ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24, gündüz  28-33, dağlarda gecə 11-16, gündüz  19-24 dərəcə  isti olacaq.   

Tibbi-meteoroloji proqnoza gəlincə, iyulun 11-də  Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda havanın temperaturunun aşağı enməsi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən  əlverişlidir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31