SON DƏQİQƏ

naxcivanxeberleri.com

Havanın temperaturu 4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

Havanın temperaturu 4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ
29-05-2020, 20:45

Ekologiya və Təbii Sərvətlər Nazirliyi xəbərdarlıq yayıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki,Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mayın 30-u gündüzdən 31-i axşamadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s, mayın 30-da yarımadanın bəzi yerlərində arabir 28-33 m/s-dək güclənəcək.

Mayın 30-31-də Azərbaycanın dağlıq və dağətəyi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s, ayrı-ayrı yerlərdə arabir 28-33 m/s-dək güclənəcək. 

Havanın temperaturu ötən günlərlə müqayisədə 2-4 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından daşqın və sel keçəcəyi ehtimalı var.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031