SON DƏQQƏ

naxcivanxeberleri.com

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb
25-04-2020, 16:23

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, aprelin 25-i gündüzədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, əksər rayonlarda yağış, dağlıq ərazilərdə qar yağıb, bəzi yerlərdə intensiv olub.

Düşən yağıntının miqdarı Astarada 15, Şərurda 11, Şahbuzda 10, Daşkəsən, Sədərəkdə 8, Lerikdə 7, Gədəbəy, Qəbələ, İsmayıllı, Şəki, Göygöl, Mingəçevir, Ağdərədə (Ordubad) 6, Ağstafa, Balakən, Oğuz, Zaqatala, Lənkəran, Yardımlı, Sarıbaş (Qax), Naxçıvanda 5, Tərtər, Yevlax, Kişçay (Şəki), Göytəpə, Ceyrançöldə 4, Tovuz, Bərdə, Göyçay, Beyləqan, Şəmkirdə 3, Gəncə, Şamaxı, Zərdab, Salyan, Biləsuvar, Xınalıq, Şahdağ, Naftalanda 2, Mərəzə, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçalada 1 mm olub.

Qar örtüyünün hündürlüyü Daşkəsəndə 22, Sarıbaşda (Qax) 20, Qrızda 11, Gədəbəydə 7, Kişçayda (Şəki) 4, Ağdərədə (Ordubad) 3, Göygöldə 2, Şahdağ, Xınalıqda 1 sm-ə çatıb.

Havanın temperaturu iqlim normasından 1-5 dərəcə aşağı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 11-14, Aran rayonlarında 10-15, dağlıq rayonlarda 0-3, Naxçıvan MR-da 8-14 dərəcə isti, havanın minimal temperaturu dağlıq rayonlarda 1-3 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 8 dərəcə şaxta olub.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930