SON DƏQQƏ

naxcivanxeberleri.com

Sabaha olan hava proqnozu

Sabaha olan hava proqnozu
15-04-2020, 14:00

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki,Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, aprelin 16-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Səhər bəzi yerlərdə duman olacaq, cənub-qərb küləyi səhər arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 7-11, gündüz 15-18, Bakıda gecə 8-10, gündüz 15-17 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

Aprelin 16-da Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, axşam bəzi yerlərdə yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5–9, gündüz 19-24, dağlarda gecə 0-5, gündüz 8-13 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, aprelin 16-da Abşeron yarımadasında atmosfer təzyiqinin yüksəlməsi fonunda xəzri küləyinin güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Только админы могут отправл

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930