SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ordubad rayonunun Ağdərə qəsəbəsinə 32 santimetr hündürlüyündə qar yağıb

Ordubad rayonunun Ağdərə qəsəbəsinə 32 santimetr hündürlüyündə qar yağıb
29-01-2019, 14:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi yanvarın 28-i gündüzdən 29-u səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağıb.

Nazirliyin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a bildiriblər ki, düşən yağıntının miqdarı Lənkəran-Astara zonasında 2-38, Mərkəzi Aran rayonlarında 2-14, Naxçıvan Muxtar Respublikasında 5-21, Bakıda və Abşeron yarımadasında 5-9, Böyük Qafqazda 1-4, Qazax-Gəncə bölgəsində 0-4, Kiçik Qafqazda 2-4 millimetr olub.

Qar örtüyünün hündürlüyü Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Ağdərə qəsəbəsində 32, Qusar rayonunun Şahdağ ərazisində 8, Quba rayonunun Qırız kəndində 5, Xınalıq kəndində 4, Qax rayonunun Sarıbaş kəndində və Daşkəsən rayonunda 2 santimetr təşkil edib.

Ölkə ərazisində qərb küləyi əsib, ayrı-ayrı yerlərdə sürəti saniyədə 15-20 metr olub, arabir 25 metrədək güclənib.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930