SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bu gün havanın temperaturu 23 dərəcəyə yüksələcək

Bu gün havanın temperaturu 23 dərəcəyə yüksələcək
11-11-2019, 09:09

Bu gün ölkə ərazisində havanın temperaturu 23 dərəcəyə yüksələcək.NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bu barədə Eologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən günün proqnozu ilə bağlı verilən məlumatda deyilir.

Belə ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Gün ərzində mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında 18-22° isti, Bakıda 19-21° isti olacaq.

Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun aranda 18-23° isti, dağlarda 13-18° isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında hava yağmursuz keçəcək. Qərb küləyi əsəcək. Havanın temperaturunun 17-22° isti olacağı proqnozlaşdırılır.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun 13-18° isti olacağı bildirilir.

Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun 17-22° isti olacağı ehtimalı var.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930