SON DƏQİQƏ

naxcivanxeberleri.com

İstirahət günlərində gözlənilən hava proqnozu

İstirahət günlərində gözlənilən hava proqnozu
25-10-2019, 20:52

İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Böyük və Kiçik Qafqazda bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu dağətəyi rayonlarda 17-22, dağlıq rayonlarda 12-16 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsində bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 18-23, dağlıq rayonlarda 10-15 dərəcə isti təşkil edəcək.

Qazax-Gəncə zonasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 18-23 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 20-24 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 20-25 dərəcə isti təşkil edəcək.

Paytaxtda isə havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gündüz 19-22 dərəcə isti təşkil edəcək.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930