SON DƏQİQƏ

naxcivanxeberleri.com

ETSN: Neft Daşlarında dalğanın hündürlüyü 4,8 metrə çatıb

ETSN: Neft Daşlarında dalğanın hündürlüyü 4,8 metrə çatıb
12-10-2019, 22:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin oktyabrın 12-də saat 21.00-a olan məlumatına görə, ölkə ərazisində qeyri- sabit, güclü küləkli hava şəraiti davam edib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, şimal-qərb küləyi Qum adasında, Tərtərdə 25 m/s, Neftcala, Ələtdə 24 m/s, Neft Daşlarında 23 m/s, Bakı, Naftalan, Nabranda 20 m/s, Sumqayıtda 19 m/s, Ağstafada 18 m/s, Salyan, Şəkidə 16 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına görə dalğanın hündürlüyü 4,8 metrə çatıb.

Bakı, Naxçıvan, Astara, Daşkəsən, Göygöl, Şamaxı, Mərəzə, Altıağac, Xaldan, Xınalıq, Quba, Qusar, Şahdağ, Sarıbaş, Kişçay, Qırız, Ağdam, Tərtər, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Ağsu, Yevlaxda yağış yağıb.

Oktyabrın 13-də səhər saatlarından başlayaraq küləyin mülayimləşməsi, yağışın kəsilməsi gözlənilir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2020    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930