SON DƏQİQƏ

naxcivanxeberleri.com

Hava proqnozu üçün Azərbaycanda yeni sistemlər quraşdırılır

Hava proqnozu üçün Azərbaycanda yeni sistemlər quraşdırılır
9-10-2019, 17:40

Azərbaycanda ən yeni hava müşahidə sistemlərinin quraşdırılması işlərinə başlanılır.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktor müavini Əkbər Əsgərov bildirib ki, quraşdırılacaq ən müasir hava müşahidə sistemləri olan yeni dopler radar qurğuları ölkənin hidrometeoroloji monitorinq şəbəkəsinin daha da təkmilləşdirilməsinə və ən müasir standartlara uyğunlaşdırılmasına imkan verəcək.

Ə.Əsgərov əlavə edib ki, bu yaxınlarda bir qrup əməkdaşları ABŞ-dan alınan dopler radarlarının öyrənilməsi məqsədilə həmin ölkənin Alabama ştatında səfərdə olub. Səfər çərçivəsində Departamentin əməkdaşlarına amerikalı mütəxəssislər tərəfindən müşahidə cihazlarının texniki vəziyyəti, proqram təminatı, vizuallaşma imkanları barədə təlim kursları keçirilib və onlara sertifikatlar təqdim olunub. Növbəti təlimlər amerikalı mütəxəssislər tərəfindən Bakıda və dopler radarlarının qurulacağı rayonlarda keçiriləcək.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031