SON DƏQİQƏ

naxcivanxeberleri.com

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb
7-10-2019, 14:00

Oktyabrın 8-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 14-18, gündüz 20-23, Bakıda gecə 15-17, gündüz 21-23 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80, gündüz 55-65 faiz olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək, lakin gecə və səhər bəzi şərq rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 13-18, gündüz 23-28, dağlarda gecə 6-11, gündüz 13-18 dərəcə isti təşkil edəcək.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031