SON DƏQİQƏ

naxcivanxeberleri.com

Sabah hava yağıntılı olacaq, bəzi yerlərdə dolu düşəcək

Sabah hava yağıntılı olacaq, bəzi yerlərdə dolu düşəcək
6-10-2019, 13:52

Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman gözlənilir.

Mülayim cənub-qərb küləyi gündüz güclü şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 16-20° isti, gündüz 21-24° isti, Bakıda gecə 17-19° isti, gündüz 21-23° isti təşkil edəcək.

Atmosfer təzyiqi 751 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 55-60 % olacaq.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi şimal və şərq rayonlarında intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz əksər rayonlarda əsasən yağmursuz. Səhər bəzi yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20° isti, gündüz 23-28° isti, dağlarda gecə 8-13° isti, gündüz 13-18° isti təşkil edəcək.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031