SON DƏQİQƏ

naxcivanxeberleri.com

Qeyri-sabit hava şəraiti sentyabrın 9-dək davam edəcək

Qeyri-sabit hava şəraiti sentyabrın 9-dək davam edəcək
3-09-2019, 17:48

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, sentyabrın 2-si gündüzdən 3-ü səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında: Sumqayıtda 27 mm (aylıq normanın 150 faizi), Zabratda 20 mm (aylıq normanın 116 faizi), Bakıda 18 mm (aylıq normanın 104 faizi), Maştağada 12 mm (aylıq normanın 53 faizi), Binədə 8, Pirallahıda 5 mm, Böyük Qafqazda: Xaltanda 18, Qubada 15, Sarıbaşda (Qax), Qusarda 9, Mərəzədə 8, Oğuz, Altıağac, Kişçayda (Şəki) 6, Xınalıqda 5, Şahdağda 3, Xaçmaz, Şabranda 2, Balakən, Qəbələ, Zaqatala, Şəki, Qırız, Nabranda 0-1 mm, Lənkəran-Astara zonasında: Astarada 7, Biləsuvarda 3, Lənkəran, Neftçalada 1, Mərkəzi aran rayonlarında: Tərtərdə 5, İmişlidə 3, Cəfərxan, Bərdədə 2, Yevlax, Zərdab, Kürdəmir, Sabirabad, Salyanda 0-1 mm, Qazax-Gəncə zonasında: Zəyəmçay-Ağbaşlar HMM-da (Tovuz) 10.3, Naftalan, Şəmkir, Ağdam, Köçəsgərdə (Ağstafa) 4, Gəncədə 3, Dağkəsəmən, Düz Qışlaqda (Ağstafa) 2, Ceyrançöl, Tovuz, Ağstafada 1 mm, Kiçik Qafqazda: Dəstəfürçay-Qaraqollar HMM-da 21 mm (aylıq normanın 52 faizi), Gəncəçay-Gədəmiş HMM-da (Daşkəsən) 16.2, Çaykənddə (Göygöl) 10.4, Gədəbəydə 14, Göygöldə 10, Daşkəsəndə 8 mm, Naxçıvan MR-da: Sədərəkdə 7, Ağdərədə (Ordubad) 5, Şərurda 4, Şahbuzda 3, Naxçıvanda 2, Ordubadda 1 mm təşkil edib.

Sentyabrın 2-də Bakıda havanın temperaturu iqlim normasından 3 dərəcə aşağı olub.

Qeyri-sabit hava şəraiti sentyabrın 9-dək davam edəcək.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30