SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanda müşahidə olunmuş faktiki hava açıqlanıb

Azərbaycanda müşahidə olunmuş faktiki hava açıqlanıb
31-08-2019, 15:59

Avqustun 31-i səhərədək ölkə ərazisində müşahidə olunmuş faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, avqustun 31-i səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, havanın temperaturu iqlim normasından 3.5 dərəcə aşağı enib, şimşək çaxıb, arabir yağış yağıb, Lənkəran-Astara zonasında intensiv və güclü olub.

Düşən yağıntının miqdarı

Lənkəran-Astara zonasında: Astarada 58 mm (aylıq normanın 70 faizi), Yardımlıda 10 mm, Lerikdə 9 mm, Biləsuvarda 3 mm, Neftçalada 0.8 mm;

Böyük Qafqazda: Oğuzda 6 mm, Qəbələdə 5 mm, Sarıbaşda (Qax), Kişçayda (Şəki) 4 mm, Balakən, Zaqatala, Qırızda 3 mm, Xınalıq, Altıağac, Xaltanda 2 mm, Şəki, İsmayıllı, Mərəzə, Qubada 1 mm, Şabran, Qusar, Xaçmazda 0.0-0.7 mm;

Mərkəzi-Aran rayonlarında: Kürdəmirdə 10 mm (aylıq normanın 66 faizi), Tərtərdə 5 mm, Zərdabda 3 mm, Beyləqanda 2 mm, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Cəfərxan, Sabirabad, Salyan, Qazıməmməddə 0.4-0.7 mm;

Qazax-Gəncə zonasında: Ağdamda 8 mm, Naftalan, Şəmkirdə 3 mm, Tovuzda 2 mm, Ceyrançöl, Gəncədə 1 mm;

Kiçik Qafqazda: Göygöldə 7 mm, Daşkəsəndə 6 mm, Gədəbəydə 5 mm;

Naxçıvan Muxtar Respublikasında: Ağdərədə (Ordubad) 2 mm, Sədərək, Şahbuzda 1 mm, Şərur, Naxçıvanda 0.0-0.3 mm;

Sumqayıt və Bakıda qısamüddətli yağış yağıb.

Sentyabrın 1-i səhərədək ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Sentyabrın 1-də gündüz yağıntıda fasilə proqnozlaşdırılır. Sentayabrın 2-dən 4-ü gündüzədək yenidən ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi şimal və şərq rayonlarında yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031