SON DƏQİQƏ

naxcivanxeberleri.com

İstirahət günlərinin HAVA PROQNOZU açıqlanıb

İstirahət günlərinin HAVA PROQNOZU açıqlanıb
17-08-2019, 09:09

Havanın maksimal temperaturu 30-35 dərəcə isti təşkil edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Böyük və Kiçik Qafqazda havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var.

Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu dağətəyi rayonlarda 30-35, dağlıq rayonlarda 22-27 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsində havanın yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 30-35 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında yağmursuz hava şəraiti müşahidə olunacaq. Mülayim şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 33-38 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın maksimal temperaturu 34-39 dərəcə isti təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək.

Havanın maksimal temperaturu 30-35 dərəcə isti təşkil edəcək.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30