SON DƏQİQƏ

naxcivanxeberleri.com

Şənbə günü havanın temperaturu 37 dərəcəyədək artacaq, bazar günü soyuyacaq

Şənbə günü havanın temperaturu 37 dərəcəyədək artacaq, bazar günü soyuyacaq
8-08-2019, 13:25

“Sabaha havanın temperaturu bu günə nisbətən bir qədər yüksələcək və 30-32 dərəcə isti təşkil edəcək. Avqustun 10-da (şənbə günü) isə zəif cənub-şərq küləyinin üstünlüyü olacaq. Temperaturun yenidən yüksəlməsi gözlənilir”.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

O bildirib ki, paytaxtda maksimal temperatur 35-37 dərəcə təşkil edəcək, hava şəraiti bir qədər rütubətli olacaq.

U.Tağıyeva qeyd edib ki, bu isti hava bir günlük olacaq: “Avqustun 11-də yenidən paytaxtda şimal küləyinin güclənməsi gözlənilir. Təbii ki, belə olan halda havanın temperaturu aşağı enəcək. Son 15 il ərzində belə anoloji hava şəraiti 2010 və 2013-cü illərdə müşahidə olunmuş və intensiv yağış yağmışdı”.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30