SON DƏQİQƏ

naxcivanxeberleri.com

"İyunun 29-dək havanın temperaturu çoxillik norma göstəricilərindən yüksək olacaq"

"İyunun 29-dək havanın temperaturu çoxillik norma göstəricilərindən yüksək olacaq"
25-06-2019, 13:49

"Bu gün və sabah şimal küləyinin sürəti artacaq. Temperatur 1-2 dərəcə aşağı düşəcək. Ona görə havanın temperaturu 31-36 dərəcədən yüksək olmayacaq".

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

U.Tağıyeva qeyd edib ki, respublikanın rayonlarında, xüsusən də Aran rayonlarında da yüksək temperatur rejimi yaxın 2-3 gün ərzində davam edəcək.

O bildirib ki, iyunun 29-dək ölkə ərazisində havanın temperaturu çox illik norma göstəricilərindən yüksək olacaq: "Amma iki gün bundan əvvəl iyun ayı üçün sutkalıq maksimum göstəricisi yeniləndi. 37 dərəcə isti müşahidə olundu. Son dəfə belə yüksək temperatur 2009-cu ildə qeydə alınıb. Keçən illə müqayisə etsək iyun ayında temperatur rejimi 5-7 dərəcə yuxarıdır. Keçən ilin iyun ayı ilə müqayisədə temperatur 10 dərəcə yüksək olub".

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31