14:20 - Nazirlik: “Bu il uşaq bağçalarının tədris proqramı vahidləşdiriləcək”
14:15 - Almaniya Ukraynaya "Marder" PDM-ləri göndərib
14:10 - ABŞ dövlət katibinin köməkçisi Azərbaycana gəlib
14:05 - Fazil Mustafanın müalicəsi davam edir, həkim müşahidəsi altındadır
14:00 - Prezident Ağsuda avtomobil yolunun tikintisinə 7,8 milyon manat ayırıb - SƏRƏNCAM
13:55 - FHN Bakı Televiziya Qülləsinin ərazisində təlim keçirəcək
13:50 - Ceyhun Bayramov israilli həmkarını Ermənistanın təxribatları barədə məlumatlandırıb
13:45 - XİN Ceyhun Bayramovla israilli həmkarının müzakirə etdiyi məsələləri açıqlayıb
13:40 - Baş Narkotiklərlə Mübarizə İdarəsində yeni təyinat olub
13:35 - Sabahın hava proqnozu açıqlanıb
13:30 - Naxçıvanın kənd təsərrüfatında olan problemləri necə həll etmək olar?
13:25 - Azərbaycan Basketbol Federasiyasının prezidenti Parisdə həmkarı ilə görüşüb
13:20 - Abdullahiyan: "Apreldə İran və Rusiya arasında strateji tərəfdaşlıq haqqında saziş imzalana bilər"
13:10 - Qarabağdakı sənaye parklarına 138 milyon manat investisiya yatırılacaq
Naxçıvanda məktəb direktoru ilə müəllimlər arasında mübahisə yaranıb
Naxçıvan şəhərində yerləşən 12 nömrəli tam orta məktəbdə müəllimlərlə məktəb direktoru arasında mübahisə yaranıb.
NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə buna səbəb məktəbə yeni direktor təyin olunan Turan Məmmədlinin orada çalışan müəllimlərin dərs yükünü azatması buna səbəb olub. Bununla yanaşı, onun müəllimlərlə davranış tərzi guya müəllimlərdə etiraz yaradıb. Məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikası Təhsili naziri Rəhman Məmmədov məktəbə gəlib.
Məktəbdə keçirilən iclasdan sonra yeni təyin olunan direktor Turan Məmmədlinin fikirlərini öyrəndik: “Fevral ayının 1-də məktəbin kollektivinə təqdim edildim. Təqdimatdan sonra dərs hissə müdiri ilə birlikdə sinifləri gəzib, tanış oldu. Qapıları döyüb siniflərə daxil olduq, düzdür, səs-küy olmasın deyə müəllimlərin halını soruşmadım. Amma şagirdlərin dərslərə davamiyyətini, geyim qaydalarını öyrəndim. Problem də oradan yaranıb ki, mən niyə müəllimlərin kefini soruşmamışam. Sonra günorta vaxtı 18 ibtidai sinif müəllimi ilə səmimi görüş keçirdik, söhbətlər aparmışıq. Hətta qərara gəldik ki, əl-ələ verib daha yaxşı işləyək. Bu görüşdən sonra yuxarı sinif müəllimləri ilə görüş oldu. Görüşdə heç bir təhqiredici ifadə və ya hər hansı bir problem olmadı. Orada sadəcə müəllimlərin geyim qaydalarından, dərsə davamiyyətdən söhbət gedib. Digər məsələ isə, mən səhər məktəbə gəlib 11-ci siniflərin birində uşaq görmədim. Sinif rəhbərinə dedim bunu, dedi ki, uşaq gəlmir. Sonra bu müəllimənin 7-ci saat dərsi var idi, dedi, mən dərsi keçmək istəmirəm, isim var. Dərs hissə müdiri də təsdiq elədi ki, bu müəllimə ən çox dərs buraxan müəllimədir”.
Turan Məmmədli vurğulayıb ki, kabinetdə oturub iş gördüyü vaxt ona bildiriblər ki, müəllimlər dərsə girmək istəmir: “Yuxarı qalxdım, müəllimləri orada gördüm. Məhz bundan sonra hadisələr yaşanıb.”
Naxçıvan şəhəri 12 nömrəli tam orta məktəbdə baş verən insidentlə bağlı Naxçıvan şəhər Təhsil şöbəsinin müdiri Baba Əliyev fikirlərini bildirib: “Məsələni yerində araşdırmaq üçün məktəbə gəldik. Naxçıvan Muxtar Respublikası təhsil naziri Rəhman Məmmədov da məktəbdə müəllimlərlə görüş keçirdi, onların fikirlərini dinlədi. Daha doğrusu, hər iki tərəfin fikirləri eşidildi. Bunların hamısı müzakirə olunduqdan sonra qərar qəbul ediləcək. Məlumdur ki, Turan Məmmədli Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır, 14 ildir pedaqoji təcrübəyə malikdir və Babək Rayon Payız kənd tam orta məktəbinin direktoru olub. Ola bilər, direktorla hər hansı müəllimin fikri üst-üstə düşməyə bilər. Tezliklə bu barədə yekun qərar veriləcək”.
Qeyd edək ki, hadisə zamanı bəzi müəllimlər narahatlıq keçirib və məktəbə təcili tibbi yardım çağrılıb.