14:35 - 930 mindən çox mobil nömrə ilə şəbəkəyə qoşulmuş 2 130 IMEI koda “klon” statusu verilib
14:25 - "Qarabağ" "Qalatasaray"a cavab verib: "Yenidən bir araya gələcəyimizə ümid edirik"
14:25 - "Qarabağ" "Qalatasaray"a cavab verib: "Yenidən bir araya gələcəyimizə ümid edirik"
14:20 - Nazirlik: “Bu il uşaq bağçalarının tədris proqramı vahidləşdiriləcək”
14:15 - Almaniya Ukraynaya "Marder" PDM-ləri göndərib
14:10 - ABŞ dövlət katibinin köməkçisi Azərbaycana gəlib
14:05 - Fazil Mustafanın müalicəsi davam edir, həkim müşahidəsi altındadır
14:00 - Prezident Ağsuda avtomobil yolunun tikintisinə 7,8 milyon manat ayırıb - SƏRƏNCAM
13:55 - FHN Bakı Televiziya Qülləsinin ərazisində təlim keçirəcək
13:50 - Ceyhun Bayramov israilli həmkarını Ermənistanın təxribatları barədə məlumatlandırıb
13:45 - XİN Ceyhun Bayramovla israilli həmkarının müzakirə etdiyi məsələləri açıqlayıb
13:40 - Baş Narkotiklərlə Mübarizə İdarəsində yeni təyinat olub
13:35 - Sabahın hava proqnozu açıqlanıb
13:30 - Naxçıvanın kənd təsərrüfatında olan problemləri necə həll etmək olar?
13:25 - Azərbaycan Basketbol Federasiyasının prezidenti Parisdə həmkarı ilə görüşüb
Aqrar Universitetdə Gənclər Günü qeyd olunub-FOTO
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə tədbir təşkil olunub.
NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, tədbir iştirakçıları ilk öncə tələbələrin əl işlərindən ibarət sərgiyə baxış keçirib.
Sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi anılıb.
Çıxış edən Universitetin rektoru vəzifəsini icra edən Zəfər Qurbanov deyib ki, bu əlamətdar tarixi gün gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir.
Sonra çıxış edən Gəncə şəhər Gənclər və İdman Baş İdarəsini rəisi Həmid Nəsirov bildirib ki, hazırda ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir. Sosial həyatın bütün sferalarına nəzər salsaq, görərik ki, orada gənclər əksəriyyət təşkil edir.
Universitetin TGT sədri Nizami Məmmədov çıxışında gənclər təşkilatının 2022-ci ildə həyata keçirdiyi layihələr barədə məlumat verib.
Sonda ali təhsil müəssisəsinin ictimai həyatında fəallığı ilə fərqlənən bir qrup tələbə fəxri fərmanla təltif olunub.