SON DƏQİQƏ

naxcivanxeberleri.com

Sabah magistraturaya sınaq imtahanı keçiriləcək

Sabah magistraturaya sınaq imtahanı keçiriləcək
28-01-2023, 19:14

Yanvarın 29-da Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçiriləcək.

DİM-dən NAXCİVANXEBERLERİ.COM-a bildirilib ki, imtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə 4 binada təşkil olunacaq. İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 566 nəfər qeydiyyatdan keçib. İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanacaq və 3 saat davam edəcək. İmtahan binasına buraxılış saat 10:45-də başa çatacaq.

Bakalavr buraxılış vərəqəsində göstərilən vaxtda imtahan verəcəyi binanın qarşısına gəlməlidir. Özü ilə şəxsiyyət vəsiqəsini və imtahana buraxılış vərəqəsini gətirməlidir.

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda bakalavr imtahana buraxılmayacaq. İmtahanların idarə olunması üçün 8 imtahan rəhbəri və 56 zal nəzarətçisi ayrılıb.

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Mart 2023    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031