SON DƏQİQƏ

naxcivanxeberleri.com

Diplomların tanınması ilə bağlı müraciətlərə baxılma prosesi müvəqqəti dayandırılır

Diplomların tanınması ilə bağlı müraciətlərə baxılma prosesi müvəqqəti dayandırılır
13-06-2019, 16:39

Xarici ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) üzrə müraciətlərə baxılması prosesi iyulun 1-dən avqustun 31-dək müvəqqəti olaraq dayandırılacaq.

Təhsil Nazirliyindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, buna səbəb 2018-2019-cu tədris ilinin başa çatması ilə əlaqədar yay aylarında xarici ali təhsil müəssisələrinin və aidiyyəti qurumların əksəriyyətinin fəaliyyət göstərməməsi, eyni zamanda müvafiq proqram təminatında həyata keçirilən təkmilləşdirmə işləri ilə bağlıdır.

Müraciətlərə baxılması sentyabrın 1-dən etibarən növbəlilik prinsipi əsasında davam etdiriləcək.

Qeyd edilən müddət ərzində istisna hal olaraq, yalnız hərbi xidmətdə olacaq şəxslər sənədlərinə baxılması üçün info@ani.edu.gov.az elektron poçt ünvanına müraciət edə bilərlər.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930