00:00 - Günün qoroskopu - 28.01.2023
23:45 - Azərbaycan İsrailə başsağlığı verib
23:38 - Rusiya sülhməramlılarına aid daha 13 avtomobil Laçın yolundan keçib
23:27 - İsveç XİN: "Azərbaycanın Tehrandakı səfirliyinə edilən qəddar hücumu pisləyirik"
23:22 - Qoşulmama Hərəkatının Gənclər Təşkilatı səfirliyimizə hücumu pisləyib
23:18 - Səlcuq Bayraktar Azərbaycan xalqına başsağlığı verib
23:14 - Ukrayna MN Rusiya komandanlığının öz hərbçilərinin meyitini yandırdığını açıqlayıb
23:09 - İƏT Azərbaycanın Tehrandakı səfirliyinə hücumu qətiyyətlə pisləyib
23:05 - ABŞ Dövlət Departamenti Azərbaycanın İrandakı səfirliyinə terror hücumunu kəskin qınayıb
23:00 - Yaşar Əliyev BMT TŞ-nin müzakirələrində işğal altındakı 8 kəndi gündəmə gətirib
22:55 - Qərbi Azərbaycan İcması ölkəmizin İrandakı səfirliyinə silahlı hücumu pisləyib
22:44 - Zelenski “tank koalisiyası”na qoşulan ölkələrin sayını açıqlayıb
22:33 - Ukrayna, Türkiyə və Rusiya ombudsmanlarının videogörüşü olub
22:26 - Rumıniya XİN: "Azərbaycan səfirliyinə silahlı hücum edənlər məsuliyyətə cəlb edilməlidir"
22:22 - Dövlət Departamenti: “ABŞ Azərbaycan-Ermənistan sülh danışıqlarına sadiqdir”
Naxçıvan məktəblərində “Şəhidlər unudulmur” və “Zəfər tariximiz” guşələri yaradılır-FOTO
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman və rəşadətli Ordumuz Ermənistanın yeni işğal planlarının qarşısını almaq, torpaqlarımızı qəsbkarlardan azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən başladığı və 44 gün ərzində həyata keçirdiyi Zəfər yürüşündə möhtəşəm Tarixi Qələbə qazandı. Azərbaycanın qəhrəman oğulları 30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımızı işğaldan azad edərək Azərbaycan xalqına böyük qələbə sevinci yaşatdılar. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən tariximizin ən parlaq səhifəsindən olan bu Tarixi Qələbəni, qəhrəman Ordumuzun Zəfər yolunu və Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda şəhadətə ucalan oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, onların vətənpərvərliklərinin və qəhrəmanlıqlarının təbliği, məktəblilərdə hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə muxtar respublikanın ümumtəhsil məktəblərində “Zəfər tariximiz” və “Şəhidlər unudulmur” adlı guşələrin yaradılması nəzərdə tutulub.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, “Zəfər tariximiz” guşəsində Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fotoları, Zəfər Gününün təsis edilməsi haqqında Sərəncam, 44 günlük müharibənin qısa xronikası, Prezidentimizin zəfər tariximizlə bağlı fikirləri və Zəfər Gününü özündə əks etdirən fotoşəkillər yer alacaq.
Muxtar respublikada fəaliyyət göstərən 212 ümumi təhsil müəssisəsinin hər birində “Zəfər tariximiz” guşəsi yaradılacaq.
“Şəhidlər unudulmur” guşəsində isə həmin məktəbdə təhsil almış şəhidlərin fotoşəkilləri, adları, soyadları, hərbi rütbəsi, doğum tarixi və keçdiyi döyüş yolu haqqında məlumatlar yerləşdiriləcək. Muxtar respublikanın 190 ümumtəhsil müəssisəsindən şəhidlik zirvəsinə ucalan məzunlarımız var. Buna görə də 190 məktəbdə “Şəhidlər unudulmur” guşələri yaradılması nəzərdə tutulub.
Qeyd edək ki, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Naxçıvan Muxtar Respublikasından da 483 igid övladımız şəhidlik zirvəsinə ucalıb. Onlardan 342-si I Qarabağ müharibəsinin, 141-i isə II Qarabağ müharibəsinin şəhidləridir.