SON DƏQİQƏ

naxcivanxeberleri.com

Xaricdə doktorantura təhsili üçün sənəd qəbuluna başlanılır

Xaricdə doktorantura təhsili üçün sənəd qəbuluna başlanılır
24-01-2023, 19:32

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinə dair 2023-cü il üzrə ilk sənəd qəbuluna başlanılır.

Bu barədə NAXCİVANXEBERLERİ.COM-a Elm və Təhsil Nazirliyindən məlumat veirlib.

Bildirilib ki, nazirliyin nəzdində Dövlət Proqramı İdarəetmə Qrupu proqram çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisələrində prioritet ixtisas istiqamətləri üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda təhsil alan Azərbaycan Respublikası vətəndaşlarını sənəd qəbulunda iştirak etməyə dəvət edir.

Proqrama müraciət üçün tələb olunan sənədlərin siyahısı ( 









https://dp.edu.az/az/news/1203#.Y8-Yx3ZBzIX) və elana dair ətraflı məlumatı (https://dp.edu.az/az/content/62) müvafiq keçidlər vasitəsilə əldə etmək mümkündür.

Proqrama müraciət tarixləri fevral-aprel aylarını əhatə edəcək.

Əlavə sual yarandığı zaman “Mütəmadi verilən suallar” bölməsinə (









https://dp.edu.az/uploads/fileuploads/2020/03/bd40ebfbfde042ce878b642ec8cd818f.pdf)

və ya 









[email protected] elektron poçt ünvanına müraciət edə bilərsiniz.

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Ocak 2023    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031