SON DƏQİQƏ

naxcivanxeberleri.com

Daha 18 azərbaycanlı Almaniyaya ixtisasartırma kursuna göndərilib

Daha 18 azərbaycanlı Almaniyaya ixtisasartırma kursuna göndərilib
11-06-2019, 15:25

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində 18 sahibkar və menecerdən ibarət daha bir qrup təlim və istehsalat təcrübəsi keçmək üçün Almaniyaya səfər edib.

KOBİA-dan NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, turizm, nəqliyyat, inşaat, İKT və iqtisadiyyatın digər sahələrində fəaliyyət göstərən sahibkar və menecerlər 11 iyun - 6 iyul tarixlərini əhatə edən ixtisasartırma kursu müddətində Almaniyanın Heydelberq şəhərində yerləşən “AHP-International” tədris mərkəzində təlim, müvafiq sahələrdə fəaliyyət göstərən alman müəssisələrində istehsalat təcrübəsi keçəcəklər. Təlim müddətində sahibkar və menecerlərin işgüzar əlaqələrinin qurulması və genişləndirilməsi üçün müxtəlif alman şirkətləri ilə görüşlərinin təşkili də nəzərdə tutulur.

Xatırladaq ki, “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində bu ilin 25 mart – 19 aprel tarixlərində aqrar sahədə fəaliyyət göstərən 17 sahibkar və menecer Almaniyada ixtisasartırma kursu keçib. Proqramın icra olunduğu 2009-cu ildən indiyədək isə 400-dən çox sahibkar və menecer Almaniyada təlim və təcrübə keçib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930