SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bu il magistraturaya 8203 plan yeri ayrılıb

Bu il magistraturaya 8203 plan yeri ayrılıb
11-06-2019, 15:01

2019/2020-ci tədris ilində ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturalarına, ümumilikdə 8203 plan yeri ayrılıb.

Dövlət İmtahan Mərkəzindən (DİM) NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, plan yerlərindən 3101 yer dövlət sifarişli, 5102 yer isə ödənişli təhsil üçün nəzərdə tutulub.

Bunlardan 5824 yer Azərbaycan bölməsi, 673 yer rus bölməsi, qalan 1706 yer hər iki bölmənin birgə müsabiqəsi üçün nəzərdə tutulub. Magistraturaya qəbul imtahanının ikinci mərhələsinin nəticəsinə əsasən 7632 bakalavr ixtisaslaşma seçimi etmək hüququ qazanıb.

Aşağıdakı cədvəldən magistraturaya qəbul aparılan 75 proqram üzrə ayrılıqda qəbul planı və ixtisaslaşma seçiminə buraxılanların sayı haqqında məlumatla tanış ola bilərsiniz.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930