11:22 - XİN könüllülər arasında Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunan esse müsabiqəsi elan edib
11:16 - DİM sədri: “Buraxılış imtahanlarının kompüterlə keçirilməsi yaxın 5 ildə mümkün deyil”
11:09 - Mühəndis təminatı üzrə tədbirlərin icrası plana uyğun davam etdirilir - FOTO, VİDEO
10:58 - İlham Əliyev ABŞ Dövlət katibinin nümayəndəsini qəbul edib
10:45 - DİM-də dövlət qulluğunun inkişafına dair müzakirələr keçirilib
10:37 - Məleykə Abbaszadə: "Dövlət qulluğunda çalışanların 18 faizi 30 yaşa qədər olan şəxslərdir"
10:25 - Zakir Həsənov Türkiyədə "Qış təlimi - 2023" beynəlxalq təlimini izləyəcək
10:14 - BQXK-nın avtomobillərində erməniəsilli şəxslər Xankəndidən Laçın istiqamətinə aparılıb
10:07 - DSX: "Ötən ay sərhədi pozan 33 nəfər saxlanılıb"
10:00 - Azərbaycan neftinin qiyməti aşağı düşüb
09:52 - Azad edilən ərazilərdə ötən ay daha 218 mina aşkarlanıb
09:44 - Laçın-Xankəndi yolundan sülhməramlılara məxsus 6 maşın keçib
09:35 - Cəbi Quliyev: Gənclər cəmiyyət həyatının bütün sahələrində təmsil olunurlar
09:29 - Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (02.02.2023)
09:21 - Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (02.02.2023)
Naxçıvan Dövlət Universitetində Ulu Öndər Heydər Əliyevin anım günü qeyd olunub-FOTO
Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakültəsində 12 dekabr Ümummillli liderin anım gününə həsr olunmuş tədbir keçirilib. Ulu Öndərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra universitetin rektoru Elbrus İsayev Ulu Öndərimizin şərəfli ömür yolundan, Vətənimiz qarşısında tarixi xidmətlərindən danışıb. Mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, Rektor qeyd edib ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə onun uzaqgörən daxili və xarici siyasəti nəticəsində ölkəmizin nüfuzu artıb, hərtərəfli inkişafa nail olunub, müstəqilliyimizin əbədi və dönməz olması təmin edilib. Ulu öndərin hakimiyyətinin hər iki dövründə Azərbaycan xalqına qazandırdığı uğurlar diqqətə çatdırılıb. Bildirilib ki, bu gün qələbə sevincimizin əsası elə məhz ümummilli liderimizin apardığı böyük islahatların, iqtisadi dirçəlişin, aparılan xarici siyasətin nəticəsində qoyulub. Elbrus İsayev vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 12 iyun 2002-ci il tarixli Sərəncamı ilə Naxçıvan Dövlət Universitetinə yüksək özünüidarə statusu, muxtariyyət hüququ verilib. Diqqətə çatdırılıb ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müxtəlif vaxtlarda 1974-1992-ci ildə iki dəfə, 1999-cu illərdə, ümumilikdə 4 dəfə Naxçıvan Dövlət Universitetində olub, muxtar respublikada ali təhsilin inkişafı naminə xidmətlər göstərib. Bildirilib ki, Ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycan cənab İlham Əliyevin müdrik rəhbərliyi sayəsində Zəfər yolu ilə möhtəşəm uğurlara doğru inamla addımlayır. Elbrus İsayev qeyd edib ki, Azərbaycan bu gün Ümummilli Liderin görmək istədiyi qalib Azərbaycandır. Rektor Heydər Əliyevin zəngin irsinin öyrənilməsinin vacibliyi, bu irsin vətənpərvər və dövlətçiliyə sadiq vətəndaş yetişdirilməsi baxımından müstəsna əhəmiyyəti barədə danışıb.
Zamanı qabaqlayan dahi -ümummilli lider Heydər Əliyev adlı çıxışında Hüquq fənləri kafedrasının dosenti, Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri Elman Cəfərli Ümummilli lider Heydər Əliyevin qeyri-adi şəxsiyyəti, zəngin dövlətçilik təcrübəsi haqda danışaraq respublikanın bu günkü inkişafının dahi şəxsiyyətin adı ilə bağlı olduğunu qeyd edib. Vurğulanıb ki, Azərbaycanı qalibiyyətə qovuşduran, gələcəyə doğru inamla addımlamasını təmin edən Heydər Əliyev ideyalarının təbliğatçısı olmaq hər birimiz üçün qürur mənbəyidir.
Ümumi tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Ələkbər Cabbarlı Heydər Əliyevin dövlətçilik və siyasi fəaliyyətinin Naxçıvan dövrü adlı çıxışında bildirib ki, Ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrünü və həmin dövrdə qəbul edilmiş tarixi qərarları müstəqilliyə gedən yolun başlanğıcı və milli oyanışın Naxçıvandan başlaması kimi qiymətləndirmək olar. Diqqətə çatdırılıb ki, Ulu öndərin xilaskarlıq missiyası Naxçıvandan başlayıb, Azərbaycanının bütün bölgələrini əhatə edib.
Sonda Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən film nümayiş olunub.