00:00 - Günün qoroskopu - 28.01.2023
23:45 - Azərbaycan İsrailə başsağlığı verib
23:38 - Rusiya sülhməramlılarına aid daha 13 avtomobil Laçın yolundan keçib
23:27 - İsveç XİN: "Azərbaycanın Tehrandakı səfirliyinə edilən qəddar hücumu pisləyirik"
23:22 - Qoşulmama Hərəkatının Gənclər Təşkilatı səfirliyimizə hücumu pisləyib
23:18 - Səlcuq Bayraktar Azərbaycan xalqına başsağlığı verib
23:14 - Ukrayna MN Rusiya komandanlığının öz hərbçilərinin meyitini yandırdığını açıqlayıb
23:09 - İƏT Azərbaycanın Tehrandakı səfirliyinə hücumu qətiyyətlə pisləyib
23:05 - ABŞ Dövlət Departamenti Azərbaycanın İrandakı səfirliyinə terror hücumunu kəskin qınayıb
23:00 - Yaşar Əliyev BMT TŞ-nin müzakirələrində işğal altındakı 8 kəndi gündəmə gətirib
22:55 - Qərbi Azərbaycan İcması ölkəmizin İrandakı səfirliyinə silahlı hücumu pisləyib
22:44 - Zelenski “tank koalisiyası”na qoşulan ölkələrin sayını açıqlayıb
22:33 - Ukrayna, Türkiyə və Rusiya ombudsmanlarının videogörüşü olub
22:26 - Rumıniya XİN: "Azərbaycan səfirliyinə silahlı hücum edənlər məsuliyyətə cəlb edilməlidir"
22:22 - Dövlət Departamenti: “ABŞ Azərbaycan-Ermənistan sülh danışıqlarına sadiqdir”
Beynəlxalq STEAM Azərbaycan Festivalı başlayıb
Dekabrın 5-də Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində Beynəlxalq STEAM Azərbaycan Festivalına start verilib.
NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, festival 10 kateqoriya üzrə yarış, həmçinin 1 kateqoriya üzrə innovativ layihələr sərgisi formatında təşkil edilib. Festivalda ümumilikdə 350 komandadan 1312 nəfər iştirak hüququ qazanıb. Bunlardan 127-si xarici ölkə, 442-si isə yerli iştirakçıdır. Əcnəbi iştirakçılar Türkiyə, Böyük Britaniya, İsveç, Estoniya, Özbəkistan, Qazaxıstan və Türkmənistanı təmsil edirlər.
Festivalın keçirilməsində məqsəd STEAM əsaslı tədrisin təşviqi, şagirdlər arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı, rəqəmsal texnologiya biliciləri olan şagird və tələbələrin aşkarlanması, şəbəkələşməsi, eləcə də innovasiyalar və rəqəmsallaşma üzrə beynəlxalq təcrübənin öyrənilməsindən ibarətdir.
Qeyd edək ki, festivalda Naxçıvan məktəbliləri də iştirak edir.