12:37 - Aqrar Universitetdə Gənclər Günü qeyd olunub-FOTO
12:24 - Bolqarıstan Prezidenti parlamenti buraxıb
12:12 - Məleykə Abbaszadə: “Gələcəkdə dövlət qulluğuna seçim zamanı səriştə modeli tətbiq olunacaq”
12:07 - MM-də “Heydər Əliyev müasir Azərbaycan gənclər siyasətinin banisi” adlı ictimai dinləmə keçirilib
12:00 - Baş Prokurorluq: Naxçıvanın sabiq prokuroru həbs olunmayıb
11:51 - Azərbaycanda 44 müəllim iş yerini dəyişib
11:38 - Biotexniki tədbirlər keçirilir-FOTO
11:22 - XİN könüllülər arasında Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunan esse müsabiqəsi elan edib
11:16 - DİM sədri: “Buraxılış imtahanlarının kompüterlə keçirilməsi yaxın 5 ildə mümkün deyil”
11:09 - Mühəndis təminatı üzrə tədbirlərin icrası plana uyğun davam etdirilir - FOTO, VİDEO
10:58 - İlham Əliyev ABŞ Dövlət katibinin nümayəndəsini qəbul edib
10:45 - DİM-də dövlət qulluğunun inkişafına dair müzakirələr keçirilib
10:37 - Məleykə Abbaszadə: "Dövlət qulluğunda çalışanların 18 faizi 30 yaşa qədər olan şəxslərdir"
10:25 - Zakir Həsənov Türkiyədə "Qış təlimi - 2023" beynəlxalq təlimini izləyəcək
NDU-da təhsil alan I kurs tələbələrinə yeni nəsil smart tələbə kartları təqdim edilib
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, tədbiri giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayey qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin icrası çərçivəsində hazırlanan yeni nəsil smart tələbə kartları həm tələbə kartını əvəz edir, həm də universitetin elektron resusrlarından istifadə imkanı yaradır. Bildirilib ki, smart kartların istifadə imkanları gələcəkdə daha da genişləndiriləcək və tələbələr bu kartlar vasitəsilə bir çox imkanlardan yararlana biləcəklər.
Mühasibat uçotu şöbəsinin müdiri Ülvi Baxışlı çıxışında bildirib ki, smart tələbə kartları unikal bir kartdır və bir çox mühüm xüsusiyyətləri və üstünlükləri ilə fərqlənir. Diqqətə çatdırılıb ki, kartın mühüm xüsusiyyətlərindən biri də debet bank kartı olmasıdır və bu kartlar vasitəsilə tələbələr istər dövlət, istərsə də tədris müəssiəsi tərəfindən ödənilən təqaüdlər həmin kartlar vasitəsilə əldə edə bilər. Bildirilib ki, ölkə daxilində və xaricdə həmin kartlar vasitəsilə istənilən ödənişləri rahatlıqla həyata keçirmək mümkündür.
“Hüquqşünaslıq” ixtisası üzrə I kurs tələbələri Aytən Həsənli və Şahin Hacıyev çıxışlarında smart tələbə kartlarının onlar üçün yaratdığı imkanlardan bəhs edərək, tələbələr adından minnətdarlıq ediblər.
Sonda tələbələrə smart kartlar təqdim olunub.