12:07 - MM-də “Heydər Əliyev müasir Azərbaycan gənclər siyasətinin banisi” adlı ictimai dinləmə keçirilib
12:00 - Baş Prokurorluq: Naxçıvanın sabiq prokuroru həbs olunmayıb
11:51 - Azərbaycanda 44 müəllim iş yerini dəyişib
11:38 - Biotexniki tədbirlər keçirilir-FOTO
11:22 - XİN könüllülər arasında Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunan esse müsabiqəsi elan edib
11:16 - DİM sədri: “Buraxılış imtahanlarının kompüterlə keçirilməsi yaxın 5 ildə mümkün deyil”
11:09 - Mühəndis təminatı üzrə tədbirlərin icrası plana uyğun davam etdirilir - FOTO, VİDEO
10:58 - İlham Əliyev ABŞ Dövlət katibinin nümayəndəsini qəbul edib
10:45 - DİM-də dövlət qulluğunun inkişafına dair müzakirələr keçirilib
10:37 - Məleykə Abbaszadə: "Dövlət qulluğunda çalışanların 18 faizi 30 yaşa qədər olan şəxslərdir"
10:25 - Zakir Həsənov Türkiyədə "Qış təlimi - 2023" beynəlxalq təlimini izləyəcək
10:14 - BQXK-nın avtomobillərində erməniəsilli şəxslər Xankəndidən Laçın istiqamətinə aparılıb
10:07 - DSX: "Ötən ay sərhədi pozan 33 nəfər saxlanılıb"
10:00 - Azərbaycan neftinin qiyməti aşağı düşüb
09:52 - Azad edilən ərazilərdə ötən ay daha 218 mina aşkarlanıb
“Tar və simfonik orkestr üçün konsert”inin təqdimatı və əsərlərindən ibarət konsert keçirilib-FOTO
Konserti girş sözü ilə açan muxtar respublikanın Əməkdar müəllimi, Naxçıvan Musiqi Kollecinin direktoru Məhəbbət Babayeva Azərbaycan Musiqi mədəniyyəti və incəsənəti tarixində simli, mizrablı alətlər arasında texniki və dinamik imkanlarına görə uzun tarixi islahatlardan keçərək, həm ulu, həm də müasir və təkmil çalğı aləti hesab olunan tarın sehrli səsi və konsertin dünyaşöhrətli ifaçıları barədə məlumat verib. Bildirib ki, Naxçıvan Musiqi Kollecinin müəllimi, gənc bəstəkar, dirijor, Azərbaycan Bəstəkarlar İttifaqının və Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının üzvü Hakim Məmmədlinin yaradıcılıq laboratoriyasını rəngarəng janrlar bəzəyir. Onun instrumental yaradıcılığına fortepiano üçün prelüdlər, pyeslər, Xor və simfonik orkestr üçün “Rekviem”, Məhəmməd Hüseyn Şəhriyarın “Tarım mənim” qəzəlinə səs və orkestr üçün ballada və 20-dən artıq mahnı daxildir.
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, konsert zamanı gənc bəstəkarın əsərlərini tarda Azərbaycan Respublikasının Əməkdar artisti, “Tərəqqi” medalı laureatı, dosent Sahib Paşazadə, fortepianoda Beynəlxalq müsabiqələr laureatı Sevinc Kərimova ifa ediblər. Sənətində qazandığı uğurlara görə, ölkəmizdə və beynəlxalq aləmdə bir çox mükafatlara layiq görülən Sahib Paşazadə dünya miqyaslı turlarda iştirak edərək, dünyanın bir çox orkestr və dirijorları ilə 50-dən çox ölkədə Azərbaycan muğamını və musiqisini layiqincə təmsil edib. Konsertdə “Tar üçün konsert” I-II-III hissələr, “Elegiya”, “Tarım mənim”, “Xatirələr” kimi ifalar yer alıb.
Sonda çıxış edən universitetin rektoru Elbrus İsayev Naxçıvan Dövlət Universiteti, Naxçıvan Musiqi Kolleci və Naxçıvan Dövlət Filarmoniyası musiqi kollektivinin birgə təşkil etdiyi konsert və onun yaradıcıları barədə fikirlərini ifadə edib. O bildirib ki, gənc yaşında musiqi sənətində əsrarəngiz əsərlər yaradan Hakim Məmmədli və bəstəkarın əsərini ölümsüzləşdirən, eyni zamanda, 60-a yaxın əsərin ilk ifaçısı olan, Azərbaycan tarını bütün dünyada təmsil edən dünya şöhrətli ifaçı Sahib Paşazadə və konsertmeyster Sevinc Kərimova Azərbaycan musiqi sənətinin görkəmli nümayəndələridir.
Tar və simfonik orkestr üçün yazılmış və ustad tarzən Sahib Paşazadəyə ithaf olunmuş konsert, rektorun hər üç sənətkara “Təşəkkürnamə” təqdim etməsi ilə başa çatıb.