12:24 - Bolqarıstan Prezidenti parlamenti buraxıb
12:12 - Məleykə Abbaszadə: “Gələcəkdə dövlət qulluğuna seçim zamanı səriştə modeli tətbiq olunacaq”
12:07 - MM-də “Heydər Əliyev müasir Azərbaycan gənclər siyasətinin banisi” adlı ictimai dinləmə keçirilib
12:00 - Baş Prokurorluq: Naxçıvanın sabiq prokuroru həbs olunmayıb
11:51 - Azərbaycanda 44 müəllim iş yerini dəyişib
11:38 - Biotexniki tədbirlər keçirilir-FOTO
11:22 - XİN könüllülər arasında Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunan esse müsabiqəsi elan edib
11:16 - DİM sədri: “Buraxılış imtahanlarının kompüterlə keçirilməsi yaxın 5 ildə mümkün deyil”
11:09 - Mühəndis təminatı üzrə tədbirlərin icrası plana uyğun davam etdirilir - FOTO, VİDEO
10:58 - İlham Əliyev ABŞ Dövlət katibinin nümayəndəsini qəbul edib
10:45 - DİM-də dövlət qulluğunun inkişafına dair müzakirələr keçirilib
10:37 - Məleykə Abbaszadə: "Dövlət qulluğunda çalışanların 18 faizi 30 yaşa qədər olan şəxslərdir"
10:25 - Zakir Həsənov Türkiyədə "Qış təlimi - 2023" beynəlxalq təlimini izləyəcək
10:14 - BQXK-nın avtomobillərində erməniəsilli şəxslər Xankəndidən Laçın istiqamətinə aparılıb
NDU-da təhsil alan əcnəbi tələbələrin “Azərbaycan dilində bədii qiraət” müsabiqəsi keçirilib-FOTO
Ali təhsil ocağında keçirilən tədbirdə universitetin rektoru Elbrus İsayev qeyd edib ki, əcnəbi tələbələrin təşkilatçılığı ilə bu cür mədəni tədbirlərin, konsertlərin, şeir müsabiqələrinin keçirilməsi artıq ənənə halını alıb. Ölkə üzrə əcnəbi tələbələrin sayına görə öncüllüyünü qoruyan ali təhsil ocağında xarici tələbələr üçün yaradılan şəraitdən söz açan rektor diqqətə çatdırıb ki, universitetdə təhsil alan yerli tələbələrlə yanaşı əcnəbi tələbələrin də təhsil keyfiyyəti daim diqqət mərkəzində saxlanılır. NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, Elbrus İsayev ali təhsil ocağında təhsil alan hər bir əcnəbi tələbənin təhsillə bərabər, ictimai işlərdə, mədəni-kütləvi tədbirlərdə fəal iştirakını yüksək qiymətləndirərək, müsabiqənin işinə uğurlar arzulayıb.
Ümumi işlər üzrə prorektor Xəyal Camalov tədbir haqqında iştirakçıları məlumatlandırıb. Bildirilib ki, tədbir xarici tələbələrə Azərbaycan dilinin mənimsədilməsi, onların bədii qiraətinin formalaşdırılması məqsədi daşıyır. Prorektor müsabiqənin baş tutmasında əməyi keçən hər kəsə təşəkkürünü bildirib.
Universitetin Elmi kitabxanasının direktoru Fariz Əhmədov çıxışı zamanı tələbələrə uğurlar arzulayaraq, şeirlər səsləndirib.
Sonra tələbələrin bədii qiraəti dinlənilib.
Qeyd edək ki, ümumilikdə 20 iştirakçının qatıldığı müsabiqədə səhnə mədəniyyəti, tələffüz normaları, şeirlərin əzbər səsələndirilməsi, ifa tərzləri nəzərə alınmaqla iştirakçıların bacarığı münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Hazırlıq kursu tələbəsi İlqın Bekinqayanın aparıcılığı ilə baş tutan müsabiqədə Tibb ixtisası üzrə I kurs tələbəsi Ayçenur Çolak və hazırlıq kursu tələbəsi Parisa Safari I yerin sahibi olublar.
Stomatologiya ixtisası üzrə üzrə təhsil alan I kurs tələbəsi Barzan Güney və hazırlıq kursu tələbəsi Elif Kirtçai II, hazırlıq kursu tələbələri Hüseyn Kahraman və Amirreza Afrouz isə III yerə layiq görülüblər.
Müsabiqədən sonra Elbrus İsayev iştirakçılarla görüş keçirərək, onları təbrik edib, baş tutan müsabiqənin davamlılığını arzulayıb.
Filologiya üzrə fəlsəfə doktoru, dosent, şair Elxan Yurdoğlu çıxışı zamanı tələbələrin hər birinin bədii qiraətinin yüksək peşəkarlıq nümayiş etdirdiyini diqqətə çatdıraraq, onları təbrik edib.
Sonra tələbələrin xoş təəssüratları dinlənilib.
Sonda iştirakçılara diplomlar təqdim olunub.