12:37 - Aqrar Universitetdə Gənclər Günü qeyd olunub-FOTO
12:24 - Bolqarıstan Prezidenti parlamenti buraxıb
12:12 - Məleykə Abbaszadə: “Gələcəkdə dövlət qulluğuna seçim zamanı səriştə modeli tətbiq olunacaq”
12:07 - MM-də “Heydər Əliyev müasir Azərbaycan gənclər siyasətinin banisi” adlı ictimai dinləmə keçirilib
12:00 - Baş Prokurorluq: Naxçıvanın sabiq prokuroru həbs olunmayıb
11:51 - Azərbaycanda 44 müəllim iş yerini dəyişib
11:38 - Biotexniki tədbirlər keçirilir-FOTO
11:22 - XİN könüllülər arasında Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunan esse müsabiqəsi elan edib
11:16 - DİM sədri: “Buraxılış imtahanlarının kompüterlə keçirilməsi yaxın 5 ildə mümkün deyil”
11:09 - Mühəndis təminatı üzrə tədbirlərin icrası plana uyğun davam etdirilir - FOTO, VİDEO
10:58 - İlham Əliyev ABŞ Dövlət katibinin nümayəndəsini qəbul edib
10:45 - DİM-də dövlət qulluğunun inkişafına dair müzakirələr keçirilib
10:37 - Məleykə Abbaszadə: "Dövlət qulluğunda çalışanların 18 faizi 30 yaşa qədər olan şəxslərdir"
10:25 - Zakir Həsənov Türkiyədə "Qış təlimi - 2023" beynəlxalq təlimini izləyəcək
“44 günlük müharibənin zirvəsi Şuşa” mövzusunda elmi konfrans olub-FOTO
Mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, Noyabrın 25-də AMEA-nın Naxçıvan Bölməsində “44 günlük müharibənin zirvəsi Şuşa” mövzusunda elmi konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev 44 günlük Vətən müharibəsində Şuşa zəfərinin mühümlüyündən, şəhərin böyük strateji əhəmiyyətindən bəhs edib. “Şuşa Azərbaycanın mədəniyyət mərkəzi, Şuşa Azərbaycanın incisidir”,- deyən akademik Şuşanın tariximizdə və günümüzdəki yerindən danışıb.
Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev konfransda “Xəlil paşa Naxçıvan və Zəngəzur uğrunda mübarizədə” mövzusunda məruzə edib. Professor əvvəlcə XX əsrdə tanınmış türk hərb xadimlərindən biri olan Xəlil paşa Kutun həyatı və fəaliyyəti barədə məlumat verib.
“Xəlil paşanın xatirələri tarixi mənbə səciyyəsi daşıyır və böyük elmi əhəmiyyətə malikdir”, - deyən professor yazıçı Taylan Sorqunun “Xəlil paşa: İttihad və Tərəqqidən cümhuriyyətə bitməyən savaş” kitabı ilə tanışlığı, kitabda 1920-ci ilin Azərbaycanı haqqında yer alan məlumatların önəmindən söz açıb. Alim kitabın ehtiva etdiyi faktların önəmini nəzərə alaraq ixtisarla ana dilimizə tərcümə etdiyini və əsərin “Bitməyən savaş (xatirlər)” adı ilə nəşr olunduğunu diqqətə çatdırıb.
Məruzədə ermənilərin himayədarlarının dəstəyi ilə Naxçıvan və Zəngəzuru ələ keçirmək cəhdlərindən, Cümhuriyyət hökumətinin Xəlil paşanın komandanlığı altında silahlı birlikləri bölgəyə göndərməsindən, düşmənin ağır məğlubiyyətə uğradılmasından, sonradan Zəngəzurun Azərbaycandan qoparılmasından və başqa məsələlərdən bəhs olunub.
“Budağın xatirləri”ində və mənim xatirələrimdə Şuşa, yaxud ədəbi xatirələrdən əbədi xatirələrə” mövzusunda məruzə edən İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun icraçı direktoru, dosent Elxan Məmmədov Xalq yazıçısı Əli Vəliyevin “Budağın xatirələri” avtobioqrafik romanını bədnam ermənilərin xalqımızın başına gətirdiyi faciələrin bədii, tarixi salnaməsi, Zəngəzur toponimlərinin mükəmməl ensiklopediyası adlandırıb.
Daha sonra aylar öncə Şuşaya səfəri ilə bağlı təəssüratlarını dilə gətirən tədqiqatçı hazırladığı təqdimatda müəllifi olduğu foto-şəkilləri nümayiş etdirib. O, Şuşanın tarix-memarlıq abidələri, erməni işğalçıları tərəfindən dağıdılmış memarlıq nümunələrinin əvvəlki və sonrakı görüntüləri, habelə hazırda aparılan yenidənqurma işlərini konfrans iştirakçılarının diqqətinə çatdırıb.
İnstitutun aparıcı elmi işçisi, dosent Zülfiyyə İsmayıl konfransda “Şuşanın ədəbi mühiti” mövsunda məruzə edib. Məruzəçi Şuşa ədəbi mühitini M.P.Vaqif, Q.Zakir, B.Şakir, F.Köçərli, N.Vəzirov, Ə.Haqverdiyev, Ə.Ağaoğlu, Y.V.Çəmənzəminli, Ü.Hacıbəyov, S.S.Axundov, S.Hacıbəyli və bu mühitin başqa nümayəndələrinin yaradıcılığı əsasında təhlil edib.