11:51 - Azərbaycanda 44 müəllim iş yerini dəyişib
11:38 - Biotexniki tədbirlər keçirilir-FOTO
11:22 - XİN könüllülər arasında Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunan esse müsabiqəsi elan edib
11:16 - DİM sədri: “Buraxılış imtahanlarının kompüterlə keçirilməsi yaxın 5 ildə mümkün deyil”
11:09 - Mühəndis təminatı üzrə tədbirlərin icrası plana uyğun davam etdirilir - FOTO, VİDEO
10:58 - İlham Əliyev ABŞ Dövlət katibinin nümayəndəsini qəbul edib
10:45 - DİM-də dövlət qulluğunun inkişafına dair müzakirələr keçirilib
10:37 - Məleykə Abbaszadə: "Dövlət qulluğunda çalışanların 18 faizi 30 yaşa qədər olan şəxslərdir"
10:25 - Zakir Həsənov Türkiyədə "Qış təlimi - 2023" beynəlxalq təlimini izləyəcək
10:14 - BQXK-nın avtomobillərində erməniəsilli şəxslər Xankəndidən Laçın istiqamətinə aparılıb
10:07 - DSX: "Ötən ay sərhədi pozan 33 nəfər saxlanılıb"
10:00 - Azərbaycan neftinin qiyməti aşağı düşüb
09:52 - Azad edilən ərazilərdə ötən ay daha 218 mina aşkarlanıb
09:44 - Laçın-Xankəndi yolundan sülhməramlılara məxsus 6 maşın keçib
09:35 - Cəbi Quliyev: Gənclər cəmiyyət həyatının bütün sahələrində təmsil olunurlar
Şahmat üzrə növbəti interaktiv dərslər keçilib
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, Naxçıvan Şahmat Mərkəzində “Açıq debütlər”, “Elektron şahmat proqramlarından istifadə” və “İki at müdafiəsi” mövzularında növbəti interaktiv dərslər keçilib. Hər üç dərs beynəlxalq dərəcəli hakim Emin Hacıyev tərəfindən keçilib.
Şagirdlər üçün “Açıq debütlər” mövzusunda keçilən interaktiv dərsdə açıq debütlər haqqında məlumat verilib. Şagirdləri maraqlandıran vəziyyətlər izah olunub. Şahmat fənnini tədris edən müəllimlər üçün “Elektron şahmat proqramlarından istifadə” mövzusunda keçilən dərsdə Emin Hacıyev müəllimlərə şahmat proqramlarından istifadə qaydalarını izah edərək onları maraqlandıran sualları ətraflı şəkildə cavablandırıb.
Şahmat məktəbləri ilə “İki at müdafiəsi” mövzusunda keçilən interaktiv dərsdə isə şagirdlərə iki at müdafiəsi haqqında məlumat verilib, debütə aid oyunlar nümayiş olunub. Sonra şagirdlərlə birlikdə debütə aid oyunlar təhlil olunaraq qaydalar göstərilib.
İnteraktiv dərs muxtar respublikanın 200-dən artıq təhsil müəssisəsində izlənilib.