SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq ixtisasının tələbələrinin “Məhkəmə Simulyasiyası” keçirilib-FOTO

Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq ixtisasının tələbələrinin “Məhkəmə Simulyasiyası” keçirilib-FOTO
23-11-2022, 18:56

Ali təhsil ocağının Beynəlxalq münasibətlər və hüquq fakültəsi  və Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə məhkəmə simulyasiyası keçirilib.

NDU-nun Televiziya, Mətbuat və İctimaiyyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, Universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri Nicat Yaqubov Hüquqşünaslıq ixtisasında təhsil alan tələbələrin nəzəri bilikləri ilə yanaşı təcrübi bilik və bacarıqlarını təkmilləşdirmək üçün keçirilən simulyasiyanın önəmini vurğulayıb. Məhkəmə proseslərinin tələbələr tərəfindən hazırlanaraq canlandırılması, onların gələcəkdəki peşə fəaliyyətlərində də əhəmiyyətini vurğulayan Nicat Yaqubov ali təhsil müəssisəsində belə tədbirlərin davamlı keçirilməsini təqdirəlayiq hesab edib.

Beynəlxalq münasibətlər və hüquq fakültəsinin dekanı, fəlsəfə  elmləri doktoru, dosent Yusif Hüseynov çıxışında gələcəkdə yüksək ixtisaslı, savadlı kadrların hazırlanması və tələbələrin ixtisaslarını daha dərindən mənimsəmələri üçün keçirilən tədbirin mahiyyətini vurğulayıb. Dekan bildirib ki, Hüquqşünaslıq ixtisasında təhsil alan tələbələr məhkəmə prosesində olan hakim, prokuror,  vəkil, şahid, hal şahidi, təqsirləndirilən şəxs, iddiaçı, cavabdeh rollarını canlandıraraq, simulyasiyanın hazırlanmasında yaxından iştirak  ediblər.

Simulyasiyada həm cinayət, həm də mülki prosesin tələbələr tərəfindən səhnələşdiriləcəyini diqqətə çatdıran Naxçıvan Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının sədri,  Hüquq fənnləri kafedrasının  müəllimi Əziz Qasımov bildirib ki, həyata keçiriləcək məhkəmə simulyasiyasını canlandırmaq üçün tələbələr müxtəlif təlimlərə cəlb olunaraq, müvafiq hüquqi yazı qaydaları haqqında əvvəlcədən məlumatlandırılıblar.

Sonra tələbələrin səhnələşdirdiyi 2 məhkəmə prosesi izlənilib. Cinayət işi üzrə məhkəmə prosesində tələbələr Cinayət Məcəlləsinin və Cinayət Prosessual Məcəllənin tələblərinə uyğun olaraq şərti müəyyənləşdirilən “Oğurluq işini” səhnələşdiriliblər. Prosesin sonunda hakim rolunu canlandıran gənclər məhkəmə hökmünü elan edib, ardınca mülki məhkəmə icraatı səhnələşdirlib. Bu proses də müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilib, sonda  məhkəmə qətnaməsi elan edilib.

 

Sevda Nəsir

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Aralık 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031