18:30 - Zaxarova: “Moskva ilə İrəvan Ermənistanın Roma Statutunun öhdəliyini ratifikasiyasını müzakirə edir”
18:15 - ABŞ dövlət katibi Brüsselə səfər edəcək
18:00 - Ordubad rayonunda “Açıq qapı” günü keçirilib-FOTO
17:55 - Türkiyədə iki avtomobil toqquşub, 1 nəfər ölüb, 24 nəfər yaralanıb
17:45 - Dmitro Kuleba: “Rusiya müharibəni masada bitirməkdə maraqlı deyil”
17:40 - ABŞ-da iki helikopterin toqquşması nəticəsində 9 hərbçi ölüb
17:35 - Fazil Mustafanın partiyası: "Sui-qəsdin siyasi səbəblərlə icra edilməsi şübhə doğurmur"
17:30 - Ukrayna XİN başçısı: "ABŞ bizə dəstəyi dayandırsa, dünya nizamı məhv olacaq"
17:20 - Böyük Dəbilqə: Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub
17:15 - Ötən il və bu il 242 uşaq övladlığa verilib
17:10 - Şəhid ailələri və müharibə əlilləri bu il azı 1500 mənzil və ya fərdi evlərlə təmin olunacaq
17:00 - Reyçel Avraam: “Səfirliyin açılması Azərbaycan və İsrail arasında əməkdaşlığı gücləndirəcək”
16:50 - Naxçıvanlı güləşçi mükafatçılar sırasında-FOTO
16:45 - Dini Komitənin sədri: “Biz siyasi məqsəd üçün din amilindən istifadə edənlərlə mübarizə aparmalıyıq”
Babəkdə 11 məktəb yüksək nəticələrə görə mükafatlandırılıb - FOTO
2021-2022-ci tədris ilində buraxılış, ali və orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələrinə görə Babək rayonunun təhsil müəssisələrinin məzunlarından 330-u tələbə adını qazanıb. Uğurlu nəticə göstərən məktəblərin mükafatlandırılması ilə bağlı tədbir keçirilib.
NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, tədbirdə Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov bildiriblər ki, Babək rayonunun ümumtəhsil məktəblərində yaradılan müasir tədris şəraiti şagirdlərin yaxşı təhsil almasına, buraxılış və qəbul imtahanlarında uğurlu nəticə göstərmələrinə öz müsbət təsirini göstərib. 2021-2022-ci tədris ili üzrə də Babək rayon ümumtəhsil məktəblərinin məzunlarının 96 faizi ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak edib. Onlardan 330-u tələbə adını qazanıb, 49-u 500-700 arası nəticə göstərib. 2 məzun qızıl nişana, 7 məzun isə fərqlənmə attestatına layiq görülüb. 14 şagird ötən tədris ilində keçirilən olimpiada və müsabiqələrin qalibi olub.
Qeyd olunub ki, Babək rayonunda fəaliyyət göstərən məktəblərdən 11-i qəbul nəticələrinə görə muxtar respublika üzrə orta göstəricidən yüksək nəticə əldə edib. Zeynəddin kənd tam orta məktəbinin məzunu Fuad Məmiyev muxtar respublikada IV ixtisas qrupu üzrə ən yüksək nəticə göstərən məzun olmaqla Prezident təqaüdünə layiq görülüb.
Çıxış edənlər qazandıqları uğurlu nəticəyə görə ümumtəhsil məktəblərinin pedaqoji kollektivlərinə təşəkkürlərini bildiriblər.
Babək Rayon Təhsil Şöbəsinin müdiri Həsən Zeynalov çıxış edərək ötən tədris ilinin nəticələri və 2022-2023-cü tədris ilində qarşıda duran vəzifələrdən danışıb, göstərilən qayğıya görə minnətdarlığını bildirib.
Sonda ötən tədris ilində keçirilən qəbul imtahanlarında əldə etdikləri uğurlu nəticələrə görə Babək şəhər 2 nömrəli, Cəhri qəsəbə 1 nömrəli, Çeşməbasar, Nəhəcir, Göynük, Yuxarı Buzqov, Kültəpə, Naxışnərgiz, Xəlilli, Məmmədrza Dizə, Kərimbəyli və Zeynəddin kənd tam orta məktəblərinə diplomlar təqdim edilib.