SON DƏQİQƏ

23:02 - Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəkidə sakinlərlə görüşüblər-FOTO

22:55 - Türkiyə Silahlı Qüvvələri Suriyada 5 terrorçunu zərərsizləşdirib

22:33 - Prezident “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu ərazisində aparılan təmir-bərpa işləri ilə tanış olub-FOTO, YENİLƏNİB

22:16 - İspaniya Ukraynaya ilk “Hawk” HHM sistemlərini təqdim edib

21:55 - İlham Əliyev “Şəki-Oğuz” Aqroparkında yaradılan şəraitlə tanış olub - FOTO, YENİLƏNİB

21:50 - “Şəki-Oğuz” Aqroparkında yeni zavodun təməli qoyulub - FOTO, YENİLƏNİB

21:31 - Heydər Əliyev Fondu Şəki Xan məscidi-qəbiristanlıq kompleksini bərpa edib - FOTO, YENİLƏNİB

21:12 - Dünya Bankının regional direktoru Azərbaycana gələcək

20:35 - Prezident Şəki Şəhər İcra Hakimiyyətinin yeni inzibati binasında yaradılan şəraitlə tanış olub-FOTO, YENİLƏNİB

20:30 - Orta Zəyzid kəndində quru meyvə istehsalı müəssisəsində yaradılan şəraitlə tanışlıq - FOTO, YENİLƏNİB

20:21 - Türkiyənin Suriya və İraqda keçirdiyi son əməliyyatlarda 491 terrorçu öldürülüb

20:00 - Gənclər üçün müxtəlif mövzulu təlimlər-FOTO

19:53 - “Şəki-Oğuz” Aqroparkının torpaq sahəsinin suvarma suyu ilə təmin edən qurğular istifadəyə verilib - FOTO, YENİLƏNİB

19:37 - Heydər Əliyev Fondunun təşəbbüsü ilə Oğuzda inşa edilmiş körpələr evi-uşaq bağçası istifadəyə verilib - FOTO, YENİLƏNİB

19:19 - Bolqarıstanın paytaxtı Sofiya şəhərində Şuşaya həsr olunmuş elmi-praktiki konfrans və “Şuşa – Azərbaycanın tarixi və mədəniyyət paytaxtı” kitabının təqdimatı keçirilib-FOTO

naxcivanxeberleri.com

Sədərək rayon Heydərabad qəsəbə tam orta məktəbində gənc müəllimlər arasında Nə? Harada? Nə? Zaman? İntellektual oyunu keçirilib-FOTO

Sədərək rayon Heydərabad qəsəbə tam orta məktəbində gənc müəllimlər arasında Nə? Harada? Nə? Zaman? İntellektual oyunu keçirilib-FOTO
4-10-2022, 17:27

Sədərək Rayon Təhsil Şöbəsinin, Gənclər və İdman İdarəsinin və Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə Sədərək rayon Heydərabad qəsəbə tam orta məktəbində “5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü” münasibətilə gənc müəllimlər arasında Nə? Harada? Nə? Zaman? İntellektual oyunu keçirilib.
Keçirilən İntellektual oyunda Təhsil Şöbəsinin, İdman İdarəsinin, Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin əməkdaşları və Sədərək rayon ümumtəhsil məktəblərinin 20 gənc müəllimi iştirak edib.
NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən,tədbiri giriş sözü ilə açan Sədərək rayon Gənclər və dman İdarəsinin rəisi Polad Rzayev bildirib ki, ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, təhsil işçilərinə diqqət və qayğının artması ümummilli liderin təhsil sahəsində apardığı siyasətin məntiqi davamıdır. Vurğulayıb ki, Ali Məclis sədrinin tapşırıqlarına uyğun olaraq, müəllimlər vətənpərvər, təhsilli gənclərin yetişdirilməsi, cəmiyyət üçün faydalı fərdlərin hazırlanması istiqamətində səylə çalışırlar. Bu gün hər bir müəllim elmi-nəzəri hazırlığı, pedaqoji ustalığı, metodik cəhətdən kamilliyi ilə yanaşı, vətənpərvərliyi ilə də seçilir, dövlətinə və xalqına sədaqətlə xidmət edir. O çıxışında qeyd edib ki, öz peşə bayramlarını qeyd edən rayon müəllimləri inanırıq ki, bundan sonra da şagirdlərin yüksək intellektual səviyyəyə malik, milli dəyərlərə hörmətlə yanaşan, bilikli, vətənpərvər gənclər kimi yetişməsi, xalqımız və dövlətimiz üçün yararlı vətəndaş olması istiqamətində yorulmadan çalışacaqlar.

Gərgin və maraqlı keçən İntellektual oyunun nəticələrinə əsasən ən çox xal toplayan I yerə Sədərək rayon Qaraağac kənd tam orta məktəbinin “Xarı bülbül” komandası, II yerə Sədərək kənd 2 nömrəli tam orta məktəbin “Şuşa” komandası və III yerə isə Sədərək kənd 1 nömrəli tam orta məktəbin “Zəfər” komandası layiq görülmüşlər.
Qaliblər sonda təşkilatçıların diplomları və qiymətli hədiyələri ilə mükafatlandırılmışlar.

 

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Aralık 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031